Azərbaycan cüdoçusu Elcan Hacıyev Paris xəstəxanasına çatdırılıb.
Buna idmançımızın zədəsi səbəb olub.
O, Paris-2024 Yay Olimpiya Oyunlarının 1/8 final görüşünün sonlarında xəsarət alıb. Maksim-Qael Nqayapa Qamba ilə qarşılaşmada əlindən zədə alan idmançı tibbi personalı köməyi ilə zalı tərk edib. Xəstəxanaya göndərilən Elcanın zədəsinin nə dərəcədə ciddi olması müayinələrdən sonra müəyyənləşəcək. Sayt yaratmaq
Qeyd edək ki, Elcan 1/16 finalda türkiyəli Mihael Zqanqa qalib gəlsə də, fransalıya məğlubiyyətdən sonra mübarizəni dayandırıb.//Idman.biz
Telegram kanalımız