RU

Ana dilimizin qorunması ŞƏRH

Ümummilli liderimiz Heydər Əliyevin ana dilimizin qorunması, inkişaf etdirilməsi və dövlət dili kimi təstiq olunması istiqamətində xidmətləri misilsizdir. Ulu öndər Heydər Əliyev bütün dövrlərdə milli birliyimizin, mədəniyyətimizin, zəngin tarixi irsimizin qorunub saxlanılmasına və gələcək nəsillərə ötürülməsinə xüsusi diqqət və qayğı ilə yanaşmışdır.

Ömrünün böyük bir hissəsini xalqa və vətənə həsr edən Ümummilli lider Heydər Əliyev milli ideologiyanın inkişafına və tərəqqisinə öz müsbət töhfələrini vermişdir. Məhz Ulu öndərin zəngin siyasi təcrübəsi və güclü iradəsi sayənsində milli mənsubiyyətimizin əsaslarından birini təşkil edən Ana dilimiz qorunub saxlanılmış və inkişaf etdirilmişdir.
Ana dilimizin inkişafına və qorunub saxlanılmasına xüsusi önəm verən Ulu Öndər Heydər Əliyev demişdir: “Hər bir xalqın milliliyini, mənəvi dəyərlərini yaşadan, inkişaf etdirən onun dilidir. Bizim ən böyük sərvətimiz ondan ibarətdir ki, dilimiz yaşayıb və zənginləşibdir. Azərbaycan ədəbi dilinin saflığına daim qayğı göstərilməlidir. Çünki dil xalqın sərvətidir. Ədəbi dilin tərəqqisi olmadan mənəvi mədəniyyətin tərəqqisi mümkün deyildir”
Hələ Sovetlər dönəmində Azərbaycanda siyasi hakimiyyətdə olan Ulu öndər Heydər Əliyev öz siyasi qətiyyəti sayəsində Ana dilimizi məhv olmaq təhlükəsindən qurtardı.
Bildiyimiz kimi 1993-cu ilin iyununda Ulu Öndər Heydər Əliyevin hakimiyyətə qayıtması ilə bütün sahələrdə müsbət dəyişikliklərin əsası qoyuldu. O ağrılı-acılı günlər hər birimizin yaddaşındadır və o zamanki nəslin nümayəndələri həmin dövrdə ölkəmizin və xalqımızın hansı çətin, mürəkkəb sınaqlar qarşısında qalmasının canlı şahidləridirlər. Məhz ulu öndər Heydər Əliyev dühası və qətiyyəti sayəsində müstəqil Azərbaycan dövləti məhv olmaq təhlükəsindən qurtuldu və bütün sahələrdə olduğu kimi elm və mədəniyyət sahəsində də mühüm nailiyyətlər əldə olundu.
Azərbaycan öz müstəqilliyini qazandıqdan sonra dil məsələsi yenidən gündəmə gəldi. Ümummilli lider Heydər Əliyevin şəxsi təşəbbüsü ilə 31 oktyabr-11 noyabr 1995-ci il tarixləri arasında dövlət dili məsələsi Milli Məclisdə müzakirə olundu və yekdilliklə müstəqil Azərbaycan Respublikasının dövlət dili Azərbaycan dili qəbul edildi.
Bu gün müstəqil Azərbaycan dövləti ulu öndər Heydər Əliyev ideyaları ilə yaşayır və bu ideyalar ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla və qətiyyətlə davam etdirilir.

Elmin Məmmədov

YAP Ağdam rayon təşkilatının əməkdaşı

Избранный
58
sesqazeti.az

1Источники