Vətən müharibəsindəki qələbədən sonra ermənilərin azad edilmiş ərazilərdə basdırdıqları minalar vaxtaşırı mülki vətəndaşların, eləcə də, jurnalistlərin ölümü ilə nəticələnib. Bu şəxslərdən başqa bir də ölkəmizin ərazisinin mina zəhərlənməsi ilə birbaşa mübarizə aparan şəxslər də var. Onlara “gözəgörünməz düşmən”lə mübarizə aparanlar, yəni minaaxtaranlar. Bu gün azad edilmiş torpaqlara, yurdlarına qayıtmaq şansı olan vətəndaşların hər biri məhz bu peşənin sahiblərinə borcludur.
Bəs görəsən hər an ölüm təhlükəsi ilə üzbəüz qalan minaaxtaranların maaşları onların peşə fəaliyyətinə uyğundurmu?
ANAMA-nın keçmiş və hazırda minaaxtarma üzrə təlimatçı işləyən Nofəl Ümid Avtosfer.az-a açıqlamasında deyib ki, minaaxtaranların işi ölüm riski ən yüksək olan peşələrdəndir.
“ANAMA-da çalışan minaaxtaranların stabil maaşı 930 manatdır. Həftə sonu işə çıxan işçiyə əlavə maaş verilir. Lakin ayda maksimum 3 həftə sonu işə çıxmaq icazəsi verilir. Doğrudur, ölkədəki digər peşə sahiblərinə nisbətdə minaaxtaranların maaşı yüksəkdir. Amma görülən işə əsasən deyə bilərik ki, məbləğ çox aşağıdır”.
Mütəxəssis həmçinin onu da qeyd edib ki, mina ilə az zəhərlənmiş Türkiyədə təlimlərlə bağlı səfəri zamanı bu ölkənin minaaxtaranlarının təqribən yerli minaaxtaranlarımızın maaşının 2-3 qatı qədər maaş aldıqları barədə məlumat əldiblər.
Nofəl Ümid vurğulayıb ki, mina ilə ən çox zəhərlənən Bosniya-Herseqovina, Vyetnam və Əfqanıstan kimi ölkələrdə minaaxtaranların aylıq əməkhaqqının təqribən 10-15 min avro civarındadır.
Ölkəmzidə ölüm riski yük iolan digər peşələrdə əməkhaqlarının hansı həddə müəyyənləşdiyini nəzərə alsaq, gələcəkdə minaaxtaranların maaşlarında da müəyyən artımların edilməsini təqdirəlayiq addım hesab etmək olar.
Səfər Əlizadə