RU

Kulebanın səfərindən sonra Çin hərbi PUA-ların ixracına məhdudiyyətləri sərtləşdirir

Ukrayna xarici işlər naziri Dmitri Kulebanın Çinə səfərindən sonra Pekin xüsusilə ABŞ-dan gələn tənqidlərə görə hərbi pilotsuz uçuş aparatları üzərində ixrac nəzarətini gücləndirmək qərarına gəlib.

Bu barədə Qaynarinfo "Bloomberg”ə istinadən xəbər verir.

Çərşənbə günü, iyulun 31-də bir sıra qurum, o cümlədən Çin Mərkəzi Hərbi Komissiyası yüksək dəqiqlikli ölçmə avadanlığı olan dronları qara siyahıya salıb. Dəyişikliklər sentyabrın 1-dən qüvvəyə minəcək.

Rəsmilər mülki dronlarının ixracına qoyulan qadağanı aradan qaldırdıqdan sonra Ticarət Nazirliyi mülki avadanlıqların "kütləvi qırğın silahlarının yayılması, terrorizm və ya hərbi məqsədlər üçün” istifadə edilməməli olduğunu vurğulayıb. 

Avropa rəsmiləri Çin və Rusiya şirkətlərinin İranın kamikadzelərinə bənzər hücum PUA-ları hazırladıqlarını bildiriblər, lakin Çin ittihamları rədd edərək, münaqişədə heç bir tərəfə silah vermədiyini və ikili təyinatlı malların ixracına ciddi nəzarət etdiyini bildirib.

"Çin dron ixracının qeyri-dinc məqsədlər üçün istifadə edilməsinə və ölkənin pilotsuz uçuş aparatlarından istifadə bəhanəsi ilə Çin şirkətlərinə və fiziki şəxslərə qarşı qeyri-qanuni sanksiyalar tətbiq etməsinə qarşıdır", - deyə Ticarət Nazirliyi əlavə edib.

Xatırladaq ki, iyulun 23-də Kuleba Van İnin dəvəti ilə Çinə 3 günlük səfərə gəlib və iyulun 25-dək orada olub. Nazirlərin görüşündən sonra Çin Xarici İşlər Nazirliyinin mətbuat xidməti bəyan edib ki, Ukrayna "Rusiya ilə danışıqlara hazırdır” və "Tayvan məsələsi”ndə Çinin mövqeyini dəstəkləyir.

Nizami Bağırov
Избранный
93
8
qaynarinfo.az

10Источники