RU

“Paşinyan bu ideyadan vaz keçib” – ŞOK AÇIQLAMA

“Son vaxtlar bəzi siyasi qüvvələrin səyi ilə Ermənistanın daxili siyasi gündəminə Avropa İttifaqına daxil olmaq üçün referendumun keçirilməsi məsələsi qoyulub. Deyəsən, Paşinyan bu ideyadan vaz keçib”.

Medianews.az musavat.com-a istinadən xəbər verir ki, bu barədə yerli jurnalistlərlə görüşdə erməni politoloq Arman Qukasyan danışıb.

“Ermənistan hakimiyyəti anladı ki, Nikol Paşinyan əvvəlcə Aİ-yə üzvlüklə bağlı referendumun keçirilməsinin tərəfdarı idisə, sonradan bu ideyadan vaz keçdi. Paşinyan Aİ-yə yönəlik cavab almadığı sualları olduğunu deyib və görünür, referendum ideyasından geri çəkilib. Məncə, Paşinyan Ermənistanın Aİ-də xoş qarşılanmayacağını çox yaxşı başa düşüb”, – deyə Qukasyan qeyd edib.

Son vaxtlar aktivləşən viza rejiminin ləğvi məsələsinə gəlincə, erməni politoloqun sözlərinə görə, bu perspektiv də çox qeyri-müəyyəndir və böyük sual altındadır:

“Çünki əslində viza rejiminin liberallaşdırılması məsələsi əvvəlki hökumət dövründə də müzakirə olunub. Ermənistan həmişə bunun üçün çalışdığını bəyan edib, lakin indiyədək bu məsələdə irəliləyiş olmayıb”.

Избранный
193
1
medianews.az

10Источники