Cənubi Koreyanın "Samsung" korporasiyası cari qabaqcıl smartfonların uğurlu satışını elan edib.
Redaktor.az lenta.ru-ya istinadən xəbər verir ki, bu barədə "SamMobile" məlumat yayıb.
2024-cü ilin 2-ci rübü hesabatında şirkət, eyni dövrdə "Galaxy S24" seriyalı telefonların "Galaxy S23" seriyalı cihazlarını geridə qoyduğunu söyləyib. Xüsusilə, ən son flaqman seriyalarının tədarükləri birinci və ikinci rüblərdə "Galaxy S23" cihazlarının satışından daha yüksək olub. İl ərzində "Galaxy S23" xəttinin satışı 31,1 milyon ədədə çatıb. Çox güman ki, "Galaxy S24" satışları 35 milyon ədədə çatacaq.