RU

“COP29 ölkəmizə yeni investisiyaların cəlbinə imkan yaradacaq”

Cari ilin noyabr ayında ölkəmizdə keçiriləcək COP29 iqlim problemlərinə həsr olunsa da, bu tədbirin Azərbaycanın dünyaya daha yaxından tanıdılmasına da böyük töhfə verəcəyi şübhəsizdir.

 

Maraqlıdır, bu tanıtım dünya dövlətlərinin Azərbaycan iqtisafiyyatına daha çox maraq göstərməsinə, ölkəmizə yeni investisiyaların cəlb olunmasına səbəb ola bilərmi?

 

Moderator.az-a açıqlama verən iqtisadçı alim Vüqar Bayramov COP29-un iqtisadi baxımdan da ölkəmizə böyük fayda vəd etdiyini vurğulayıb:

 

“COP29 Azərbaycanın potensialının, eləcə də iqtisadi gücünün təqdim edilməsi baxımından önəmlidir. COP29 Azərbaycana çoxlu sayda nümayəndənin gəlməsinə səbəb olacaq. Ehtimal edilir ki, 80 min dövlət və qeyri-dövlət nümayəndəsi COP29-da iştirak edəcək. Bu, Azərbaycanın xdimət sektoru üçün də vacib rəqəmdir.

COP29  ölkə iqtsiadiyyatının imkanlarının təqdim edilməsinə də şərait yaradacaq. Bu, Azərbaycanın təqdimatı baxımından çox önəmlidir.

 

COP 29 Azərbaycana sərmayənin cəlb edilməsi baxımından da vacibdir. Bu, ölkəmizə yeni investisiyaların cəlbinə imkan yaradacaq. Bu baxımdan COP29 yalnız turizm və xidmət sektoru baxımından deyil, həm də ölkəmizə investisiyanın cəlb edilməsinə, qeyri-neft sektoru ilə bağlı  bir çox layihənin reallaşmasına imkan yaradacaq”.

 

Seymur ƏLİYEV

Избранный
50
moderator.az

1Источники