RU

“Qarabağın quruculuğunda iştiraka təşviq” layihəsinə start verildi

Bu gündən (01.08.2024) Sosial Tərəqqinin Dəstəklənməsi İctimai Birliyi, Azərbaycan Respublikası Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Qarabağın quruculuğunda iştiraka təşviq” layihəsinə start verib.

Bu barədə Qaziler.az Sosial Tərəqqinin Dəstəklənməsi İctimai Birliyinə istinadla məlumat verir.

İctimai Birlik layihə çərçivəsində Ağdam, Bərdə, Sabirabad rayonlarında və Şirvan şəhərində Qarabağın yenidən qurulması prosesinə ölkədə əmək qabiliyyətli şəxslərin təşviqi məqsədilə təbliğat xarakterli tədbirlər keçirəcək. Bu istiqamətdə əlavə olaraq səmərələşdirici təkliflərdən ibarət beş məqalə hazırlanıb geniş oxucu kütləsinə təqdim etmək üçün KİV-də dərc ediləcək. Layihə çərçivəsində mütəmadi olaraq araşdırmalar aparılacaq, post-münaqişə dövrləründə ölkələrin quruculuq prosesində təcrübəsi öyrəniləcək və təlqin ediləcək.

Избранный
93
2
qaziler.az

3Источники