RU

"Sumqayıt" niyə dayandı?

CEYHUN ƏLİYEVÖtən gün 2024-2025 mövsümündə ilk Azərbaycan klubu avrokuboklarla vidalaşdı. Evdə "Fehervar"a 1:2 məğlub olan "Sumqayıt" Macarıstanda bunun əvəzini çıxmağı bacarmadı. Samir Abasovun drujinasının maksimal gücü qolsuz bərabərliyə yetdi. "Transferlər gec edildi", "Samir məşqçi deyil", "Çempionatda "Sumqayıt"ı dartırdılar" və səsləndirilən bu tipli müxtəlif fikirlərlə hər kəs tanışdı. Mən isə məsələyə fərqli, iqtisadi prizmadan yanaşmağı təklif edirəm.Cari mövsüm qitəmiqyaslı turnirlərə qatılan 4 komandadan üçü dövlət büdcəsindən ayrılan vəsaitdən daha böyük maliyyə dayaqlarına sahibdi. "Kimyaçılar" isə həmin "4-cü klub"du. Elə mövsümün sonunda tutduqları 4-cü yer də sanki simvolik xarakter daşıyır. O başqa məsələ ki, büdcəsi 10 dəfə artıq olan "Neftçi" qitəmiqyaslı turnirə vəsiqə uğrunda mübarizədən üzüqara ayrıldı. Bu mövzuda yetərincə yazılar dərc etmişik...Qayıdaq "Sumqayıt"ın məğlubiyyətinə. Abasovun komandasının uduzmasının səbəbi maliyyədi. Diqqət yetirin, dövlət tərəfindən ayrılan vəsait Premyer Liqada mübarizə aparmaq üçün yetərli sayılır. Bu pulla fövqaluğur əldə etmək demək olar ki, mümkünsüzdü. "Sumqayıt"ın yerinə hansısa sponsoru olan komanda olsaydı, o başqa məsələ, daha böyük iddiayla çıxış etməli idi. "Kimyaçılar" isə...Bəli, təmsulçimizin "Fehervar"ı keçmək şansı var idi. Amma bunu "keçmək boyun borcu idi" deməklə əvəzləmək olmaz. Əlbəttə, uduzmaq acıdı. Ancaq görünən budu ki, bu mərhələdə büdrəyən tək klubumuz elə "Sumqayıt" olacaq. "Zirə" və "Sabah"ın büdcələri barədə danışmağa dəyməz. Ancaq məsələ tək büdcədə deyil; ayrılan vəsaitdən peşəkar istifadə daha önəmlidir. Görünən isə budu ki,  Premyer Liqa təmsilçilərinin əlavə vəsaitə ehtiyacı var. Çünki dövlətin ayırdığı vəsaitlə maksimum Konfrans Liqasına salam vermək mümkün olacaq.

Избранный
46
sport24.az

1Источники