Ötən gün yerli mediada Milli Dirçəliş Hərəkatı Partiyasının sədri Fərəc Quliyevin deputatlığa namizəd olduğu iddia olunub.
“Cebheinfo.az” xəbər verir ki, hətta siyasətçinin 45 saylı Sumqayıt dördüncü seçki dairəsindən namizədliyini irəli sürdüyü yazılıb.
Məsələ ilə bağlı Fərəc Quliyev ilə əlaqə saxladıq.
O, “Cebheinfo.az”-az açıqlamasında yayılan iddiaları təkib etdi:
“Deputatlığa namizəd olacağımla bağlı yayılan xəbərlər yalandır.
Namizədliyimi irəli sürməmişəm. Biz partiya olaraq seçkilərdə iştirak edirik, namizədlərimiz də var. Lakin mən bu dəfə namizəd olmadım”.
Xatırladaq ki, Fərəc Quliyev 25 iyul tarixində saytımıza açıqlamasında deputatlığa namizəd olmayacağını bəyan etmişdi.