RU

“Filenin Sultanları” yarı finala vəsiqə qazanıb

Bakı,TurkicWorld

Türkiyənin qadın voleybolçulardan ibarət milli komandası Paris 2024 Olimpiya Oyunlarında ikinci oyununda Dominikan Respublikasına 3:1 hesabı ilə qalib gəlib.

TurkicWorld xəbər verir ki, qarşılaşma Fransanın paytaxtı Parisdəki “South Paris Arena”da keçirilib.

Qarşılaşmanın ilk setində Dominikan Respublikası 25-21 hesabı ilə qalib gəlib.

İkinci setdə də yaxşı performans göstərən “Filenin Sultanları” seti 25-18 qazanaraq, matçda hesabı 1-1 edib.

Üçüncü setdə 25-22 hesabı ilə qalib gələn Aypara-Ulduz komandamız setlərdə 2-1 önə keçib.

Dördüncü setdə Türkiyə təmsilçiləri rəqibini dayandırmağa imkan verməyib. “Filenin Sultanları” bu seti 25-15, matçı isə 3-1 qazanıb.

Избранный
43
turkic.world

1Источники