F-16 döyüş təyyarələrinin Ukraynaya mümkün tədarükü cəbhədəki vəziyyətə iddi təsir göstərməyəcək.
“AzPolitika” xəbər verir ki, bunu Kremlin sözçüsü Dmitri Peskov bildirib.
“Bu, Kiyev rejiminin dərdinə çarə olamayacaq. Onlar bundan xəbərdar olmalıdırlar. F-16-ların Ukraynada peyda olduğu zaman Rusiyanın hədəfi olacaqlar və vurulacaqlar”,-deyə o qeyd edib.
Peskov Ukraynada F-16-ların məhv edilməsinə görə rus hərbçilərinə mükafat vəd edildiyini də xatırladıb.
“AzPolitika.info”