"Barselona" "Leypsiq"in yarımmüdafiəçisi Dani Olmo ilə müqavilə şərtlərini razılaşdırıb.
Publika.az xəbər verir ki, bu barədə tanınmış insayder Fabritsio Romano məlumat yayıb.
Mənbənin sözlərinə görə, Kataloniya klubu 26 yaşlı ispaniyalıyla 2030-cu ilə qədər müqavilə ilə bağlı razılığa gəlib. Bundan əlavə, "Barsa" Almaniya klubuna yeni rəsmi təklif göndərib. La Liqa nəhəngi 55 milyon avro və 7 milyona çata biləcək bonuslar ödəməyə hazırdır.
Ötən mövsüm yarımmüdafiəçi bütün turnirlərdə "Leypsiq"in heyətində 25 matçda 8 qol vurub və 3 məhsuldar ötürmə edib. Çempion olduğu Avro-2024-də 6 oyunda 3 qol vurub, 2 məhsuldar ötürmə edib.