RU

Yeni nəşr: Bitki mənşəli nümunələrdə zərərli orqanizmlərin aşkarlanması üsulları

Yeni

Bakı, 1 avqust, AZƏRTAC

Elm və Təhsil Nazirliyi Dendrologiya İnstitutunun direktoru dosent Minarə Həsənova və Bitki mühafizəsi laboratoriyasının aparıcı elmi işçisi dosent Mərdan Tağıyevin həmmüəllifi olduqları “Bitki mənşəli nümunələrdə zərərli orqanizmlərin aşkarlanması üsulları” kitabı çapdan çıxıb.

İnstitutdan AZƏRTAC-a bildirilib ki, kitabda bitki mənşəli nümunələrin laboratoriya tədqiqatlarında öyrənilməsi və müayinəsi (ekspertizası) zamanı bitki zərərvericilərinin, xəstəlik törədicilərinin və təhlükəli alaq otlarının toxumlarının aşkarlanması məqsədilə entomoloji, fitopatoloji, virusoloji, bakterioloji, fitohe-minmoloji və herboloji müayinələrin aparılması, aşkar olunmuş zərərli orqanizmlərin hansı cinsə və növə aid olduğunun təyin edilməsi, zərərli orqanizmin fitosanitar riskinin qiymətləndirilməsi və qabaqlayıcı tədbirlər barədə məlumat verilib.

Kitab bitki mənşəli nümunələr üzərində laboratoriya tədqiqatlarının yerinə yetirilməsinə kömək məqsədilə ali və orta ixtisas təhsili müəssisələrində oxuyan tələbələrin və bitkiçilik üzrə çalışan mütəxəssislərin istifadəsi üçün nəzərdə tutulub.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
38
azertag.az

1Источники