"Birləşmiş Ştatlar Rusiya Federasiyası ilə silahlara nəzarət dialoqunu davam etdirməyə hazırdır".
İqtisadiyyat.az xəbər verir ki, bu barədə Ağ Evdən bildirilib.
Milli təhlükəsizlik müşaviri Ceyk Sullivan jurnalistlər üçün keçirdiyi brifinqdə deyib: "Biz soyuq müharibənin qızğın çağında Sovet İttifaqı ilə etdiyimiz kimi, silahlara nəzarət sahəsində birgə işləməyə sadiqik".