1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.
"Mançester Siti" son iki mövsümdə matçların vaxtında başlaması ilə bağlı öhdəliklər baxımından çempionat reqlamentini pozduğunu etiraf edib.
Oxu.Az championat.com-a istinadən xəbər verir ki, bunu İngiltərə Premyer Liqasının mətbuat xidməti bəyan edib.
İngiltərə çempionları reqlamentləri pozduqlarına görə indi təxminən 2,09 milyon funt sterlinq (2,3 milyon avro) cərimə ödəməli olacaqlar.
Son iki mövsümdə "Mançester Siti"nin matçın başlamasını 22 dəfə gecikdirdiyi vurğulanır.
Xatırladaq ki, İngiltərə Premyer Liqasının son mövsümünün yekununda "Mançester Siti" 91 xal qazanaraq birinci yeri tutub.