Bakı, TurkicWorld
Dünya bazarlarında "Azeri Light" (CIF) markalı Azərbaycan nefti bahalaşıb.
TurkicWorld xəbər verir ki, Azərbaycan neftinin 1 barelə olan qiyməti 0,26 ABŞ dolları və ya 0,31% artaraq 84,28 dollarına bərabər olub.
Azərbaycanın builki dövlət büdcəsində bir barel neftin orta qiyməti 75 ABŞ dollarından hesablanıb.
Xatırladaq ki, "Azeri Light" neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 ABŞ dolları), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 ABŞ dolları) qeydə alınıb.