“Yeni Şafak”: Ərdoğan “Bölgəmizi qan dənizinə çevirmək istəyənlərə imkan verməyəcəyik" dedi
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Ali Hərbi Şura iclasından əvvəl Anıtkabirə ziyarəti zamanı “Xüsusi dəftər”ə yazıb: “Bölgəmizi qan dənizinə çevirmək istəyənlərə imkan verməyəcək, həm vətəndaşlarımız, həm dostlarımız üçün etibar mənbəyi olmağa davam edəcəyik.”
“Star”: Ərdoğan Baydenlə danışdı
Türkiyə prezidenti R.T.Ərdoğan ABŞ prezidenti C.Baydenlə telefon danışığında B.Netanyahu hökumətinin atəşkəs və sülh istəmədiyini hər addımda göstərdiyini, ABŞ Nümayəndələr Palatasındakı görüntülərin Türkiyə və dünyada dərin məyusluq yaratdığını, “Həmas” Siyasi Bürosunun sədri İsmayıl Həniyənin öldürülməsinin atəşkəs səylərinə ağır zərbə vurduğunu və İsrailin Türkiyənin Qəzzadakı yanğını bütün bölgəyə yaymaq üçün çalışdığını söyləyib.
“Hürriyet”: Ankarada ABŞ və Rusiya arasında məhbus mübadiləsi
Türkiyə Milli Kəşfiyyat İdarəsi paytaxt Ankarada yeddi fərqli ölkə - ABŞ, Almaniya, Polşa, Sloveniya, Norveç, Rusiya və Belarus həbsxanalarındakı 26 adamın qarşılıqlı mübadiləsini əhatə edən son dövrün ən əhatəli mübadilə əməliyyatını həyata keçirib.
“Haber Türk”: ABŞ və Rusiyadan Türkiyəyə təşəkkürlər
ABŞ prezidenti Bayden və dövlət katibi Blinken MİT-in idarə etdiyi məhbus mübadiləsi əməliyyatında oynadığı rola görə Türkiyəyə təşəkkür ediblər. Rusiyadan verilən açıqlamada MİT-in idarə etdiyi təmizləmə əməliyyatına kömək edən bütün ölkələrə təşəkkür bildirilib.
“Sabah”: "Filenin sultanları” Parisdə ¼ finalı qazandı
Türkiyənin qadın voleybol milli komandası “Paris 2024” Olimpiya Oyunlarının C qrupunun ikinci oyununda Dominikana 3:1 hesabı ilə qalib gələrək 1/4 finala yüksəlməyi bacarıb.