RU

I Liqa klubu “Araz-Naxçıvan” rəhbərliyinin istəyini geri çevirmədi - EKSKLÜZİV

Ölkəmizdə keçiriləcək COP29 ilə əlaqədar Bakı Olimpiya Stadionunun (BOS) ehtiyat meydanları Premyer Liqa klublarının üzünə bağlanıb. Sport24.az xəbər verir ki, bu səbəbdən bəzi elita təmsilçiləri məşq etmək üçün yeni məkan axtarışına çıxıb.
 
Redaksiyamıza daxil olan bilgiyə əsasən məşq keçmək üçün yeni məkan axtarışında olanlardan biri də "Araz-Naxçıvan"dı. Muxtar Respublika təmsilçisi vəziyyətdən çıxmaq üçün Bakıətrafı qəsəbələrdən birinə üz tutmağı planlaşdırır. Daha dəqiq desək, "qırmızı-ağlar" məşqlərini Buzovnada keçirməyə qərar verib. Elmar Baxşıyevin komandası I Liqa təmsilçisi "Baku Sportinq"in meydanından istifadə edəcək. Artıq 2 klub rəhbərliyi arasında bu barədə razılaşma əldə olunub.
 
Qeyd edək ki, bu gün artıq XXXIII ölkə çempionarının ilk turu start götürəcək.  

Избранный
54
sport24.az

1Источники