RU

Gəmi Ladoqa gölünün sularında saya oturub

Gəmi

Bakı, 2 avqust, AZƏRTAC

“K.A.Timiryazev” motor gəmisi Konevets adası yaxınlığındakı Ladoqa gölünün sularında saya oturub.

AZƏRTAC TASS-a istinadən xəbər verir ki, bu barədə Rusiyanın Şimal-Qərb Nəqliyyat Prokurorluğunun mətbuat xidməti məlumat yayıb.

“İlkin məlumatlara görə, avqustun 2-də Valaam adasından Sankt-Peterburqa gedən motorlu gəmi Konevets adası ərazisində öz xəttindən çıxaraq saya oturub. Gəmidə 170 sərnişin və 47 ekipaj üzvü olduğu bildirilir. Onların heç biri xəsarət almayıb”, - deyə məlumatda deyilir.

Избранный
39
azertag.az

1Источники