Azərbaycanın qadınlardan ibarət 3x3 basketbol millisi Fransanın paytaxtı Parisdə keçirilən Yay Olimpiya Oyunlarında növbəti matçına çıxıb.
Prosport.Az xəbər verir ki, yığma V turda ötən ay Qubada keçirilmiş Qadın Seriyasının mərhələ yarışında çempion olmuş Avstraliya ilə üz-üzə gəlib.
Görüş komandamızın məğlubiyyəti ilə başa çatıb – 12:21. Bu gün Bakı vaxtı ilə saat 19:30-da rəqib Çin kollektivi olacaq. Komandamız medal şansını saxlayan pley-inə düşmək üçün mütləq qalib gəlməlidir.
Qeyd edək ki, seçməmiz daha əvvəl İspaniyaya 16:18, Fransaya 10:15, Almaniyaya 8:12 hesabı ilə uduzub. Basketbolçularımız autsayder ABŞ millisinə qalib gəlib – 20:17.
- Ночной Режим
- Домашняя страница
- Статистика
- Источники
- Рейтинг
- Погода
- Валюта