RU

Türkiyədə sahibsiz heyvanlarla bağlı yeni qanun qüvvəyə minib

Türkiyədə sahibsiz heyvanlarla bağlı mübahisəli qanun layihəsi “Resmi Gazete”də dərc edilərək 2 avqust 2024-cü ildən qüvvəyə minib.

Fins.az xəbər verir ki, Ədalət və İnkişaf Partiyasının (AK Partiya) təklif etdiyi qanun, küçələrdə yaşayan itlərin “yatızdırılmasını” ehtiva edir.

Qanun layihəsi 30 iyul 2024-cü ildə Türkiyə Böyük Millət Məclisində qəbul olunub və 17 maddəlik təklifdən ibarətdir. Qanun, sahibsiz heyvanların “insanların həyatı üçün təhlükə” yaratdığı əsasını qoyur. Lakin əvvəlki tənzimləmələrdən fərqli olaraq “evtanaziya” ifadəsi və pişiklər haqqında maddələr qanundan çıxarılıb.

Müxalifət partiyaları, xüsusən Cümhuriyyət Xalq Partiyasının (CHP) sədri Özgür Özəl, qanunun Konstitusiya Məhkəməsinə veriləcəyini və “edamın dayandırılmasını” tələb edəcəklərini açıqlayıblar.

Yeni qanun, Baytarlıq Xidmətləri Qanununa uyğun olaraq, heyvanların müəyyən hallarda öldürülməsini mümkün edir. Qanun, eyni zamanda, reabilitasiya olunmuş itlərin qeydiyyatını və saxlanmasını təmin edir.

Избранный
56
50
fins.az

10Источники