RU

Samsung Galaxy A16 Geekbench testlərindən keçib

     Samsung keçən ilin dekabr ayında Galaxy A15 smartfonunu təqdim etmişdi. İndi isə şirkət onun davamçısı olacaq Galaxy A16 üzərində çalışır. Məlum olub ki, bu yeni smartfon Geekbench testlərindən keçib. Bunun sayəsində smartfon barəsində bəzi təfərrüatlar ortaya çıxıb. Beləliklə Geekbench sayəsində məlum olub ki, Galaxy A16 smartfonu MediaTek Dimensity 6300 prosessoru vasitəsilə çalışacaq. Geekbench testlərindən smartfonun 6 GB RAM-a sahib versiyası keçib. Bundan əlavə olaraq Geekbench sayəsində məlum olub ki, smartfon qutudan Android 14-ü əldə edəcək. Beləliklə Galaxy A16 Geekbench-in bir nüvəli testi çərçivəsində 514 xal, çox nüvəli testi çərçivəsində isə 1464 xal toplayıb. Çox güman ki, Galaxy A16 smartfonu bu ilin sonunda təqdim ediləcək.

Избранный
74
technote.az

1Источники