Bu gün Azərbaycan Premyer Liqasının 1-ci turunda “Neftçi” – “Turan Tovuz” oyunu keçirilib.
Komanda.az xəbər verir ki, paytaxt klubunun baş məşqçisi Roman Qriqorçukun oyundan sonra mətbuat konfransı baş tutub.
Ukraynalı çalışdırıcı qolsuz heç-heçə barədə bunları deyib:
“Heç-heçə oynadıq. Bu, bizim üçün pozitiv nəticə hesab oluna bilməz. Mən bununla razı deyiləm. “Neftçi” kim böyük tarixə malik komanda yalnız qələbəyə oynamalıdır. Bunu düzəltməyə çalışacağıq.
Mən deyə bilmərəm ki, nəticədən razı qaldım, amma oyundan razıyam. Eyni zamanda, deyə bilmərəm ki, pis oynadıq. Əlbəttə, biz istəyirdik ki, son 15 dəqiqədəki təzyiqi bütün 90 dəqiqə edək. Xususən də, evdə oynayarkən çalışacağıq ki, bu təzyiqi ilk dəqiqələrdən sonadək edək.
Hücum xətti ilə bağlı planlarımız odur ki, bu mövqeni daha da rəqabətli edək. İstərdim ki, hücum xəttinə yeni oyunçular qoşulsunlar və digər oyunçularla rəqabət yaransın.
Özümün Aleksey Kaşukla şəxsən əlaqəm yoxdur. Bilirəm ki, keyfiyyətli oyunçudur. Bu qədər”.
“Neftçi” – “Turan Tovuz” matçı 0:0 hesablı heç-heçə ilə başa çatıb.
Fəxri Rüstəmli
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin EtiketlərNeftçi futbol klubu Roman Qriqorçuk
- Ночной Режим
- Домашняя страница
- Статистика
- Источники
- Рейтинг
- Погода
- Валюта