RU

Bu gün sizi nə gözləyir? - BÜRCLƏR

Qoç - İntellektual və enerji səviyyənizin yüksəlməsindən ailənizin maraqlarının təminatı üçün bəhrələnin. Hisslərinizi paylaşmağa tələsməyin. Əzmli, qətiyyətli olun. Yaşananlar sizi çaşdırmasın.

Buğa - Situasiyanı sizə gərəkli istiqamətdə inkişaf etdirmək üçün stereotiplərdən qurtulun. Qarşı tərəfin əhvalını anlayın, emosiyaları hiss edin. Durum qəflətən dəyişə bilər.

Əkizlər - Dediklərinizi yanlış anlamamalıdırlar. Vəziyyət yönünü qəflətən dəyişir. Bir istiqamətdə hərəkəti çoxdan planlaşdırsanız da, yeni xəbərlər və gözlənilməz məlumatlar gündəmə başqa işləri gətirəcək. Ətrafınızdakı insanlarla təmaslar niyyətinizə təsir edəcək.

Xərçəng - Emosional əlaqələri yenidən dəyərləndirin. Maliyyə münasibətlərini təftiş edin. Əlavə işlərə boyun olmayın, düşünülməmiş addımlar atmayın. İntuisiyanızı dinləyin. Riskli əməliyyatlara qatılmayın, kateqorik bəyanatlar verməyin.

Şir - Tələsmədən, aramla çalışın. Gərginlik səviyyəsi nə qədər artsa da, cari məsələləri nə qədər tez başa vurmaq istəsəniz də, təmkinli olun. Sizə deyilənlərə diqqətlə qulaq asın. Vəziyyəti müşahidə edin. Konkret situasiyadan asılı olaraq qarşı tərəflə əlaqələri yeniləmək mümkündür.

Qız - Günün ilk yarısında problemləri həll etmək, yeni oriyentir və ya maraq dairəsi seçmək olar. Təklifləri diqqətlə qiymətləndirin, saf-çürük edin. Çətinliklərə rəğmən, irəliləməyə çalışın.

Tərəzi - Münasibətlərin yeni mərhələsidir. Yaşamınızdakı bir neçə istiqamətdə hərəkətlərin fəallaşmağa ehtiyacı var. İşdə və şəxsi münasibətlərdə aqressiv olmayın. Etiraf və açıq danışıq gözləməyin. Yanınızdakı insanlar hansısa izahata ehtiyac duymadan çalışacaqlar.

Əqrəb - İntensiv fəaliyyət, zəhmət tələb edən zamandır. Danışıqlar, planlaşdırma, işlərin bölüşdürülməsi pis alınmayacaq. Əlavə işlər cazibədar təsir bağışlasa da, onları ertələyin. Əks halda mühüm situasiya üzərində nəzarət imkanlarını itirəcək, önəmli işi yarımçıq qoymalı olacaqsınız.

Oxatan - Müstəqil şəkildə, kənar təsirlərə uymadan çalışmaq üçün əlverişli zamandır. Cari işlərlə məşğul olun. Geriləmə hiss olunan yerdəki çətinliyi aradan qaldırın. Münasibətlərdə ifrat emosionallığa varmayın.

Oğlaq - İctimai fəaliyyət üçün pis gün deyil. Ticarət və xidmət sahəsində çalışırsınızsa, irəliləyişə nail olacaqsınız. Rutin məsələlərin həllində nizam yaradın. Sənədləşdirmədə, ailə büdcəsinin həllində sayıq olmaqla yanaşı, yaxınlarınızın dediklərinə qulaq asın.

Dolça - Ətrafınızdakı olayları laqeydliklə müşahidə etməyin. Gələn xəbərləri diqqətlə araşdırın. Zahiri görünüşünüzə fikir verin. Çətin problemi dostlarla birlikdə həll etmək olar. Yeniliklər zamanıdır. Cari işlərdəki sədlərlə maneələri dəf edə bilərsiniz.

Balıqlar - Səciyyəvi çətinlikləri həddən ziyadə emosional qəbul etməyin. Maliyyə itkiləri, elektron qurğulardan birinin sıradan çıxması istisna deyil. Mümkün qədər diqqətli olun. Dövlət qurumlarının nümayəndələri ilə danışanda məğlubiyyətçi mövqe tutmayın.

Milli.Az

Избранный
81
1
mia.az

1Источники