RU

Zelim Kotsoyev: “Sevincimdən üç gündür yata bilmirəm”

Paris-2024 Yay Olimpiya Oyunlarında qızıl medal qazanan Azərbaycan cüdoçusu Zelim Kotsoyev qarşılanma mərasimi zamanı jurnalistlərə açıqlama verib. “Sevincimdən üç gündür yata bilmirəm”. Matc.az xəbər verir ki, bu sözləri Paris-2024 Yay Olimpiya Oyunlarında qızıl medal qazanan Azərbaycan cüdoçusu Zelim Kotsoyev Heydər Əliyev Beynəlxalq Aeroportunda özü üçün təşkil olunan qarşılanma mərasimi zamanı jurnalistlərə açıqlamasında deyib. -100 kq çəki dərəcəsində fəxri kürsünün ən yüksək pilləsinə qalxan idmançı xoşbəxt olduğunu bildirib: “Duyğularımı sözlə ifadə etmək çətindir. Özümü çox yaxşı hiss edirəm. Vətənə qızıl medalla dönmək qürurverici hissdir. Məni dəstəkləyən hər kəsə təşəkkür edirəm”. Xatırladaq ki, finalda gürcüstanlı İlya Sulamanidzeyə ipponla qalib gələn cüdoçumuz Olimpiya çempionu olub.    

Избранный
29
5
matc.az

6Источники