Vatikan iyulun 26-da Fransanın ev sahibliyi etdiyi Olimpiya Oyunlarının açılış mərasimindəki biabırçılıqla bağlı açıqlama yayıb.
Paris Olimpiadasının açılış mərasimindəki bəzi səhnələrə görə təəssüfləndiyini bildirən Vatikan fransız dilində yaydığı rəsmi açıqlamada qeyd edib ki, Müqəddəs Taxt-Tac belə hallara qarşı səsini ucaldanlara qoşulur.
“Bütün dünyanın ortaq dəyərləri paylaşmaq üçün bir araya gəldiyi mötəbər tədbirdə dinə qarşı gülünc eyhamlar qəbuledilməzdir” - deyə açıqlamada bildirilir.
Fransanın ev sahibliyi ilə Parisdə keçirilən 2024-cü il Olimpiya Oyunlarının açılış mərasimində Məhəmməd peyğəmbərin ifasında "drag queen" (qadın paltarı geyinən və makiyaj edən kişi) çıxış edib. İsadan bəhs edən “Son Şam yeməyi” tablosu təsvir edildiyi və dini inanca hörmətsizlik edildiyi səbəbilə tənqid edilib.
Qeyd edək ki, Fransanın ev sahibliyi etdiyi Olimpiya Oyunlarının açılış mərasimində "drag queen" (qadın paltarı geyinmiş və makiyajlı kişi) performans ilə İsa peyğəmbəri hədəf alan “Son Şam yeməyi” səhnəsinin təsviri dini inanca hörmətsizlik kimi qəbul edilərək ciddi tənqid edilir.
TAHİR