RU

Paris-2024: Yunan-Roma güləşçilərimiz mübarizəyə başlayacaqlar

Paris Olimpiadasında bu gün daha iki idmançımız mübarizəyə qoşulacaq.

“Report” xəbər verir ki, bu gün start götürəcək yunan-Roma güləşi üzrə yarışlarda Sabah Şəriəti və Murad Məmmədov ilk görüşlərinə çıxacaqlar.

S.Şəriəti 130 kq çəki dərəcəsində estoniyalı Heyki Nabi ilə mübarizə aparacaq.

M.Məmmədov isə 60 kq çəki dərəcəsində Venesueladan olan Rayber Joze Rodriges Oroskonu məğlub etməyə çalışacaq.

Hər iki güləşçi yarışa 1/8 final mərhələsindən başlayacaq.

Qeyd edək ki, Paris-2024-ə avqustun 11-də yekun vurulacaq.

KAİM.az

Избранный
35
13
kaim.az

10Источники