Hazırda ictimaiyyət arasında ən çox müzakirə olunan məsələlərdən biri də vəfat etmiş şəxsin hesabındakı vəsairtin ailə üzvlərinə verilib-verilməməsi ilə bağlıdır. Başqa sözlə, vəfat etmiş şəxsin fərdi şəxsi hesabın sığorta hissəsində qeyd olunmuş pensiya kapitalı ailə üzvlərinə verilirmi? "Olaylar" Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə istinadən xəbər verir ki, mövcud qanunvericiliyə görə, vəfat etmiş şəxsin fərdi şəxsi hesabın sığorta hissəsində qeyd olunmuş pensiya kapitalı ailə üzvlərinə verilirmir: "Vəfat etmiş sığortaolunanın və əmək pensiyasının yığım hissəsi təyin olunmamış əmək pensiyaçısının fərdi şəxsi hesabının sığorta hissəsində deyil, yığım hissəsində olan vəsaitlər qanunvericiliyə uyğun qaydada onun varisləri arasında bərabər bölünür".
Alim Hüseynli
Olaylar.azTəklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik.
055 634 88 31