RU

Rusiya bölgəsində ayı balıqçını parçalayıb

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



Rusiyanın Maqadan vilayətinin Verxniy Seymçan kəndi yaxınlığında ayı balıqçını parçalayıb.
Oxu.Az-ın Lenta.ru-ya istinadən xəbərinə görə, bu barədə "Oxotnadzor" bölgə departamentinin rəhbəri Yelena Slobodyanyuk məlumat verib.
"Şəxsin müayinəsi zamanı məhz həmin qonur ayının ona hücum etdiyinə dair əlamətlər aşkarlandı. Əldə etdiyimiz məlumata görə, 41 yaşlı sakin balıq ovundan qayıdarkən maşını xarab olub və o, gecə piyada getmək qərarına gəlib", - deyə Slobodyanyuk bildirib.
Hadisədən sonra araşdırmalara başlanılıb. Hadisənin hansı şəraitdə baş verdiyi aydınlaşdırılır.
Qeyd edək ki, Kamçatkanın Sobolevo kəndində qonur ayıların kütləvi şəkildə insanların qarşısına çıxması ilə əlaqədar yüksək xəbərdarlıq rejimi tətbiq edilib. Tətbiq olunan rejimlə əlaqədar rayon sakinlərinə tövsiyə olunur ki, nəqliyyat vasitələrində hərəkəti məhdudlaşdırsınlar, saat 20:00-dan sonra uşaqların küçəyə çıxmasına icazə verməsinlər.
Избранный
121
3
oxu.az

4Источники