Bakı. Trend:
Avqustun 8-də gözlənilən hava şəraiti açıqlanıb.
Milli Hidrometeorologiya Xidmətindən Trend-ə verilən xəbərə görə, sabahBakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludluolacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Arabir güclənənşimal-qərb küləyi axşam mülayimləşəcək.
Havanın temperaturu gecə 21-26°, gündüz 30-34° olacaq. Atmosfertəzyiqi 754 mm civə sütunundan 758 mm civə sütununa yüksələcək.Nisbi rütubət gecə 70-75 %, gündüz 55-65 % olacaq.
Azərbaycanın əksər rayonlarında havanın əsasən yağmursuzkeçəcəyi, lakin bəzi dağlıq və dağətəyi rayonlarda arabir yağışyağacağı, şimşək çaxacağı gözlənilir. Ayrı-ayrı yerlərdə leysanxarakterli intensiv olacağı, dolu düşəcəyi ehtimalı var. Gecə vəsəhər bəzi yerlərdə arabir duman olacaq. Şərq küləyi ayrı-ayrıyerlərdə arabir güclənəcək.
Havanın temperaturu gecə 20-25°, gündüz 31-36°, dağlarda gecə12-16°, gündüz 18-23° olacaq.