RU

“Fitch” SOCAR-ın reytinqi ilə bağlı proqnozunu yüksəldib

“Fitch” beynəlxalq reytinq agentliyi Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) uzunmüddətli emitentin defolt reytinqini (IDR) və yüksək təminatsız reytinqini “BB+” səviyyəsindən “BBB-” səviyyəsinə yüksəldib.

FED.az xəbər verir ki, bu barədə agentlik məlumat yayıb.

Məlumatı görə, uzunmüddətli IDR üzrə proqnoz “stabil”dir. Bu, Azərbaycanın suveren reytinqinin yüksəlməsindən sonra baş verib.

SOCAR tam dövlətə məxsusdur və onun reytinqi hazırda “Fitch”in dövlətlə əlaqəli şirkətlər üçün (GRE) reytinq meyarlarına uyğun olaraq Azərbaycanın (BBB-/stabil) reytinqi ilə bərabərləşdirilib. Bu, şirkətə maliyyə zəmanətləri, nağd töhfələr və kapital qoyuluşları formasında dövlət dəstəyi, eləcə də SOCAR-ın sosial funksiyaları və neft-qaz layihələrinin inkişafı üçün dövlət vasitəsi kimi əhəmiyyəti ilə əsaslandırılır.

“Biz SOCAR-ın müstəqil kredit qabiliyyətini “bb-“ səviyyəsində qiymətləndiririk ki, bu da onun orta həcmli neft və qaz hasilatını, güclü maliyyə profilini və korporativ idarəetmə məhdudiyyətlərini əks etdirir”, - “Fitch”in məlumatınaa qeyd olunub (Report).

Избранный
60
12
fed.az

10Источники