RU

Bir sıra keçmiş dövlət məmurları saxlanılıb, cinayət işi açılıb

Tacikistanda bir neçə gün əvvəl keçmiş dövlət məmurları və müxalif siyasi partiyanın rəhbərinə qarşı əməliyyat keçirilib.

 

Bu barədə ölkənin baş prokuroru Yusuf Rəhmon açıqlama verib.

 

Onun sözlərinə görə, nəticədə 1991-1992-ci illərdə prezident vəzifəsini icra etmiş Əkbərşo İsgəndərov, keçmiş xarici işlər naziri Xamroxon Zərifi, Demokratik Partiyanın sədr müavini Əhmədşoh Komilzoda və Sosial Demokrat Partiyasının sədr müavini Şokirjon Xakimov həbs olunub, onlara qarşı cinayət işi açılıb.

 

Y. Rəhmon əlavə edib ki, saxlanılan şəxslər iyunun 14-də hakimiyyətin qanunsuz ələ keçirilməsinə cəhd ittihamı ilə həbs olunan Demokratik Partiyanın sədr müavini, keçmiş deputat Saidjafar Usmonzoda ilə yaxın əlaqələrə malik olub.

 

Onun sözlərinə görə, Demokratik Pariya sədrinin müavini Saidjafar Usmonzodanın əmlaklarına həbs qoyulub.

 

Baş prokuror istintaqın “məxfi” qrifi altında aparıldığını əsas gətirərək, əlavə detallar barədə açıqlama verməyib.

Tarix: 9 Avqust 2024, 11:04   
Избранный
62
11
pravda.az

10Источники