RU

Etibar Əliyevə də yüksək vəzifə verilir

Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) Baş İdarəsinin rəisi, ölkəmizin NATO-dakı keçmiş nümayəndəsi Qaya Məmmədov deputatlığa namizəd olub. Modern-ın əldə etdiyi məlumata görə, o, 31 saylı Suraxanı ikinci seçki dairəsindən namizədliyini irəli sürüb. 

NOCOMMENT.az bildirir ki, bu barədə Pravda.az məlumat yayıb.

Qeyd edək ki, Q.Məmmədov Azərbaycan Respublikasının diplomatik xidmətində fəaliyyətinə 1999-cu ildə başlamışdır. O, Xarici İşlər Nazirliyinin müxtəlif idarələrində, o cümlədən 2001-2004-cü illərdə Azərbaycan Respublikasının Almaniyada səfirliyində və 2008-2011-ci illərdə NATO yanında nümayəndəliyində müxtəlif diplomatik vəzifələrdə çalışıb.

Q.Məmmədov 2007-2008-ci illərdə NATO Beynəlxalq Qərargahının Müdafiə siyasəti və planlaması idarəsində tərəfdaşlıq zabiti vəzifəsində işləyib.

Qaya Məmmədov 16 oktyabr 2018-ci il tarixində Azərbaycan Respublikasının NATO yanında Nümayəndəliyinin başçısı təyin edilib, 2022-ci ildə bu vəzifədən geri çağırılıb. Yenisabah.az xatırladır ki, hazırda  31 saylı Suraxanı ikinci seçki dairəsinin deputatı tanınmış filosof-alim Etibar Əliyevdir.

Избранный
119
5
nocomment.az

5Источники