İranın qərbində, İraqla sərhəddə 4,9 bal gücündə zəlzələ baş verib.
Globalinfo.az xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.
Məlumata əsasən, yeraltı təkanların episentri Dehloran şəhərindən 37 km şimal-şərqdə olub.
Zəlzələnin ocağı 11 km dərinlikdə yerləşib.
Dağıntı və tələfat barədə məlumat verilməyib.