Azərbaycanlı güləşçi Hacı Əliyev karyerasını bitirib.
Sportinfo.az xəbər verir ki, bu barədə o, instaqram hesabında paylaşım edib.
33 yaşlı idmançı fotosunu paylaşaraq “Bu da son!” deyib.
3 dəfə dünya və 4 dəfə Avropa çempionu olan güləşçimiz, eyni zamanda iki dəfə Olimpiya mükafatçısı adını qazanıb.
O, Paris-2024 Olimpiadasında 1/4 finalda Macarıstan təmsilçisi İsmail Muszukayevə 3:10 hesabı ilə uduzub.