Dünya birjalarında neft bahalaşıb.
TEMPİNFO xəbər verir ki, Londonun ICE (“InterContinental Exchange Futures”) birjasında “Brent” markalı neftin bir barelinin qiyməti 0,2 dollar artaraq 79,86 dollar olub. Nyu-Yorkun NYMEX (“New York Mercantile Exchange”) birjasında “Light” markalı neftin bir barelinin qiyməti isə 0,34 dollar artaraq 77,18 dollar təşkil edib.
TEMPİNFO