RU

ABŞ-dən Nikolas Maduroya TƏKLİF: "Bunu et, səni bağışlayaq"

ABŞ Venesuela Prezidenti Nikolas Maduroya prezidentlikdən imtinası müqabilində "əfv" təklif edib.

Olaylar.az bildirir ki, bununla bağlı "Wall Street Journal" iddia irəli sürüb. Nəşr Ağ Evdəki mənbələrə əsaslandığını qeyd edib:

"Bayden hökuməti Maduronu və gələcəkdə cinayət məsuliyyəti ilə üzləşəcək yüksək vəzifəli məmurları yanvarda keçiriləcək yeni prezidentlik müddətindən əvvəl istefaya razı salmağa çalışır. Bunun qarşılığında isə sözügedən şəxslərə ABŞ-də üzləşəcəkləri ittihamların bağışlanması vəd edilib. Həmçinin Maduro və yüksək səviyyəli hökumət rəsmilərinə gələcəkdə məhkəmə orqanları tərəfindən mühakimə olunacaqları təqdirdə onların Venesueladan ekstradisiyasını tələb etməmək istiqamətində də zəmanət verilib".

Xəbərdə ABŞ və Maduro hökuməti arasındakı "gizli danışıqların" 28 iyulda keçirilən seçkilərdə böyük fərqlə qalib gəldiklərini iddia edən və seçki nəticələrini rədd edən müxalifət üçün də ümid işığı olduğu bildirilib. Nəşr xatırladıb ki, ötən il Qətərin paytaxtı Dohada ABŞ və Venesuela arasında keçirilən "gizli razılaşma" danışıqlarında Maduronun vəzifədən getməsi məsələsi gündəmə gəlib. Qeyd olunub ki, Venesuela prezidenti bu məsələni müzakirə etmək istəmir.

Digər tərəfdən, "McClatchy" qəzetinə açıqlama verən və adının çəkilməsini istəməyən  Ağ Ev səlahiyyətlisi ABŞ-nin Maduroya heç bir təklif etmədiyini bildirib. Bununla belə, o, ölkəsinin Venesuelanı indiki vəziyyətdən çıxarmaq üçün istənilən ehtimalı müzakirə etməyə hazır olduğunu bəyan edib. ABŞ rəsmisi qeyd edib ki, onlar Maduroya seçkilərin həqiqi nəticələrini tanıması üçün təzyiq göstərmək istiqamətində bir sıra variantlar üzərində işləyirlər: "Seçkilərin nəticələrinə aydınlıq gətirmək Maduro və Venesuela hakimiyyətinin üzərinə düşür". 

Nikolas Maduro isə avqustun 9-da keçirdiyi mətbuat konfransında verdiyi açıqlamada ABŞ-dən Venesuelanın daxili işlərinə qarışmamağı istəyib.

Qeyd edək ki, iyulun 28-də Venesuelada prezident seçkiləri keçirilib. Venesuela Seçki Şurasının açıqladığı nəticələrə görə, Nikolas Maduro 51,20 faiz səslə üçüncü dəfə prezident seçkilərində qalib gəlib. İyulun 29-da seçki başa çatdıqdan sonra bəyanatla çıxış edən müxalifət Milli Seçki Şurasının məlumatlarının dəqiq olmadığını və nəticələrin saxta olduğunu iddia edib. (Sfera)

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Избранный
165
27
olaylar.az

10Источники