Fələstinin radikal HƏMAS hərəkatı Qəzza zolağı ilə bağlı danışıqların növbəti raundunda iştirakdan imtina edir və tərəflər arasında razılığın əldə olunmasına mane olur.
HİT.az xəbər verir ki, bunu İsrailin baş naziri Benyamin Netanyahunun ofisinin müşaviri Dmitri Gendelman bildirib.
"HƏMAS-ın danışıqlarda iştirakdan imtina etməsi ilə bağlı bəyanatları bütün dünyaya kimin girovların tezliklə qaytarılmasına və Qəzza zolağında atəşkəs cəhdlərinə mane olduğunu göstərir", deyə ofis rəhbəri qeyd edib.
Onun sözlərinə görə, İsrail danışıqlarda iştirak etməyə hazırdır, lakin keçirilmə yeri hələ təsdiqlənməyib.
Bundan əvvəl İsrail Müdafiə Qüvvələrinin (IDF) mətbuat xidmətinin nümayəndəsi Anna Ukolova bildirmişdi ki, İsrail hərbçiləri tam döyüş hazırlığındadır və bütün sərhədlərdə fəal əməliyyatları davam etdirir. Onun sözlərinə görə, İsrail hərbçiləri Yaxın Şərqdəki vəziyyəti, ilk növbədə İranın və Livanın Hizbullah şiə hərəkatının hərəkətlərini izləyir və operativ vəziyyətdən asılı olaraq hərəkət etməyə hazırdır.
Samir