RU

Hindistanda təbii fəlakət: Binalar, yollar və körpülər dağılıb, 100-dən çox insan həlak olub

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



Hindistanın şimalında bir gündə 30-dan çox insan təbii fəlakətin qurbanı olub. Daha səkkizinin taleyi naməlum olaraq qalır. Təbii fəlakət ölkənin dörd ştatını əhatə edib
Oxu.Az xəbər verir ki, bu barədə "Mir24"ün müxbiri İqor Mosunov məlumat yayıb.
Pəncab ştatında bütöv bir ailə həlak olub. Onlar toya gedirmişlər, lakin onların avtomobili sürüşmə nəticəsində çaya düşüb. Bundan əlavə, yeddi gənc sosial şəbəkələr üçün kameraya poza verərkən suya düşüb. Onların altındakı torpaq çöküb. Daha üç nəfər lildə ilişərək gölməçədə boğulub. Ən azı səkkiz nəfər itkin düşüb. Yerli hakimiyyət orqanları və könüllülər onları axtarırlar.
Xatırladaq ki, Hindistanda fəlakətlə mübarizə və onun nəticələrinin aradan qaldırılması bir neçə həftədir ki, davam edir. İyulun sonundan bəzi rayonlara leysan yağışları yağmağa başlayıb. Torpaq sürüşmələri binaları, yolları və körpüləri sıradan çıxarıb. Bu müddət ərzində tüğyan edən fəlakət səbəbindən artıq yüzdən çox insan dünyasını dəyişib.
Избранный
199
50
oxu.az

10Источники