Hansı ölkəyə daha çox qeyri-neft məhsulu ixrac etmişik? – Siyahı
2024-cü ilin yanvar-iyun aylarında Azərbaycan Respublikasının hüquqi və fiziki şəxsləri dünyanın 168 ölkəsindəki tərəfdaşları ilə ticarət əməliyyatları həyata keçirib, 109 ölkəyə məhsul ixrac olunmuş, 157 ölkədən idxal olunub. Yeniavaz.com xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb. Bildirilib ki, bu müddətdə ölkənin xarici ticarət dövriyyəsi 22 milyard 169,2 milyon ABŞ dolları təşkil edib: “Ticarət dövriyyəsinin 13 milyard 302 milyon dollarını və ya 60 faizini ölkədən ixrac olunmuş məhsulların, 8 nilyard 867,2 milyon dollarını (40 faizini) isə idxal məhsullarının dəyəri təşkil edib”. Qeyd olunub ki, qeyri neft-qaz məhsullarının ixracı əvvəlki ilin eyni dövrü ilə müqayisədə faktiki qiymətlərlə 10 faiz, real ifadədə 19,1 faiz azalaraq 1 milyard 596,1 milyon dollar təşkil edib: “Dövlət Gömrük Komitəsindən daxil olmuş məlumatlara əsasən ölkənin xarici ticarət dövriyyəsinin 22,6 faizi İtaliya, 14,3 faizi Türkiyə, 10,0 faizi Rusiya, 7,5 faizi Çin, 4,6 faizi İsrail, 3,2 faizi Almaniya, 3,1 faizi Hindistan, 2,7 faizi Avstraliya, 2,4 faizi Çexiya, hər biri 1,7 faiz olmaqla Xorvatiya, ABŞ və Yunanıstan, 1,5 faizi Gürcüstan, 1,4 faizi Bolqarıstan, hər biri 1,3 faiz olmaqla Birləşmiş Krallıq və İran, 1,2 faizi Tailand, hər biri 1,1 faiz olmaqla Ukrayna, Rumıniya, Türkmənistan və Portuqaliya, hər biri 0,9 faiz olmaqla Belarus və Koreya, 11,6 faizi isə digər ölkələr ilə aparılmış ticarət əməliyyatlarının payına düşüb. İxracın 36,4 faizini İtaliyaya, 15,5 faizini Türkiyəyə, 7,7 faizini İsrailə, 4,4 faizini Hindistana, 4,3 faizini Rusiyaya, 3,8 faizini Çexiyaya, 2,9 faizini Xorvatiyaya, 2,6 faizini Yunanıstana, 2,5 faizini Almaniyaya, hər biri 2,1 faiz olmaqla Bolqarıstan və Gürcüstana, hər biri 1,8 faiz olmaqla Tailand və Rumıniyaya, 1,7 faizini Portuqaliyaya, hər biri 1,3 faiz olmaqla Birləşmiş Krallıq və Tunisə, hər biri 0,8 faiz olmaqla Ukrayna və ABŞ-a, hər biri 0,5 faiz olmaqla Niderland, İndoneziya, Oman, Polşa, Fransa və İsveçrəyə, 3,2 faizini isə digər ölkələrə göndərilmiş məhsulların dəyəri təşkil edib. Qeyri neft-qaz məhsulları üzrə ixracın dəyərində Rusiyaya (33,9 faiz), Türkiyəyə (19,2 faiz), Gürcüstana (7,1 faiz), ABŞ-a (6,2 faiz), Omana (4,1 faiz), İsveçrəyə (3,9 faiz), Ukraynaya (3,2 faiz), Türkmənistana (3,0 faiz), Qazaxıstana (1,6 faiz), Almaniyaya (1,5 faiz), Qırğızıstana (1,4 faiz), Birləşmiş Ərəb Əmirliklərinə (1,3 faiz), Belarusa (1,3 faiz), İtaliyaya (1,0 faiz), Belçikaya (1,0 faiz) göndərilmiş malların payı üstünlük təşkil edib. Ölkəyə idxal olunmuş məhsulların ümumi dəyərinin 18,3 faizi Çin, 18,2 faizi Rusiya, 12,4 faizi Türkiyə, 6,7 faizi Avstraliya, 4,3 faizi Almaniya, 3,2 faizi İran, 3,1 faizi ABŞ, 2,4 faizi İtaliya, 2,3 faizi Koreya, 2,1 faizi Türkmənistan, 2,0 faizi Belarus, hər biri 1,8 faiz olmaqla Yaponiya və Kanada, 1,6 faizi Ukrayna, 1,4 faizi Birləşmiş Krallıq, 1,3 faizi Fransa, 1,2 faizi Hindistan, 1,0 faizi Qazaxıstan, 0,9 faizi Özbəkistan, hər biri 0,8 faiz olmaqla Braziliya, İspaniya və Polşa, 11,6 faizi isə digər ölkələr ilə aparılmış idxal əməliyyatlarının payına düşüb”.