RU

Naxçıvanda üç uşağa təcavüz etmiş manyak tutuldu

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



Naxçıvan Muxtar Respublikasının Şərur rayonunda üç azyaşlıya qarşı seksual xarakterli zorakılıq hərəkətləri etmiş 1960-cı il təvəllüdlü Seyidağa Həşimov (ad və soyadlar şərtidir) həbs edilib.
Publika.az xəbər verir ki, Şərur rayonunun kəndlərindən birinin sakini olan 64 yaşlı kişi Türkiyədən Azərbaycana qayıdarkən tutulub.
Araşdırmalar zamanı məlum olub ki, o, 2023-cü il ərzində işlətdiyi mağazada həmkəndliləri olan 2013, 2014 və 2016-cı il təvəllüdlü üç uşağa qarşı seksual xarakterli zorakılıq əməlləri törədib. Uşaqlar valideynlərinə bu barədə bildirdikdən sonra polisə müraciət edilib və cinayət işi açılıb. Bu zaman Türkiyəyə gedən Seyidağa ölkəyə qayıdarkən tutulub. Azyaşlılar bildiriblər ki, mağaza sahibi onlara şirniyyat və digər qida məhsulları verərək iyrənc hərəkətlər edib.
Avqustun 12-də Naxçıvan Ağır Cinayətlər Məhkəməsində S.Həşimova hökm oxunub. O, Cinayət Məcəlləsinin 150.3.3-cü (seksual xarakterli zorakılıq hərəkətləri) maddəsi ilə təqsirli bilinib.
Məhkəmənin hökmü ilə təqsirləndirilən şəxs 16 il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum olunub.
Избранный
94
50
oxu.az

9Источники