RU

Rusiyada Aleksey Navalnının vəkilləri və daha 40 nəfər terrorçu elan edilib

"Rusiyanın ekstremistlər və terrorçular siyahısında 15 mindən çox adam var..."
 
Rusiyada ekstremistlər və terrorçular siyahısına Rusiya koloniyasında həlak olan müxalifət lideri Aleksey Navalnının silahdaşları əlavə edilib.
 
Moderator.az xəbər verir ki, bu barədə "moscowtimes.ru" nəşri məlumat yayıb.
 
Soyadı bu siyahıya düşən Korrupsiya ilə mübarizə Fondunun direktorlar şurasının sədri Mariya Pevçix qeyd edib ki, bu, Navalnını  ölümündən düz ilyarım keçəndən sonra baş verib.
 
Pevçixdən başqa, Rusiyanın maliyyə monitorinqi üzrə Federal Xidməti (Rosminmonitorinq)  müxalifətçinin hazırda xaricdə olan iki vəkili- Olqa Mixaylova və Aleksandr Fedulovu terrorçu elan edib. 
 
Müxalifətçinin daha üç müdafiəçisi- Vadim Kobzev, Aleksey Liptser və İqor Serqunin "ekstremist birlikdə iştirak etmək" ittihamı ilə istintaq  təcridxanasında saxlanılır. İstintaqın versiyasına görə, Navalnı öz vəkilləri vasitəsilə məlumatları öz tərəfdarlarına ötürüb.
 
Siyahıya cəmi 40 nəfər daxil edilib, onların arasında Navalnının mətbuat katibi Kira Yarmış, "Populyar siyasət" "YouTube" kanalının aparıcısı Dmitri Nizovtsev, "Korrupsiya ilə mübarizə Fondunun işi" üzrə həbs edilən Olqa Komleva və başqaları da var.
 
Pevçix, Yarmış və Nizovtsevə qarşı bir qrup şəxslər tərəfindən hərbi "feyklərin" yayılması, habelə "ekstremist birliyin" təşkili ilə bağlı cinayət işləri açılıb. Yanvar ayında Moskvanın Basman Məhkəməsi onların həbsinə orderlər verib.
 
Bu ilin fevralın 16-da koloniyada qəflətən dünyasını dəyişən Aleksey Navalnı da terrorçular və ekstremistlər siyahısındadır.
 
İyul ayında müxalifətçinin dul qadını Yuliya Navalnaya da bu siyahıya daxil edilib. Rusiya qanularına görə, "Rosminmonitorinq"in reyestrinə düşən insanlar və təşkilatların hesabları dondurulur. Rusiyanın ekstremistlər və terrorçular siyahısında 15 mindən çox adam var.
Избранный
89
50
moderator.az

10Источники