Yeni doğulan körpələr üçün otaq temperaturu xüsusi əhəmiyyət daşıyır. Belə ki, temperaturun həddən artıq isti olması SIDS ölümünə, yəni 1 yaşından kiçik körpənin qəfil ölümünə səbəb ola bilər.
Milli.Az Sfera.az-a istinadən xəbər verir ki, otaq temperaturunun həddən artıq aşağı olması isə körpədə hipotermiya yaradır.
Yəni bədən istiliyi normadan aşağı düşür. Körpələr bədən istiliyini yetkin insana nisbətən 4 dəfə daha sürətli itirirlər.
Mütəxəssislər yeni doğulan körpələrin sağlamlığı və rahat yatmaları üçün ən ideal temperaturun 22-24 dərəcə olduğunu bildirirlər.
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun