<p style="text-align:;" left;">Avstriya Daxili İşlər Nazirliyi rusiyalı oliqarxlara məxsus 1,5 milyard avro dəyərində sərvətin dondurulduğunu elan edib.
AZƏRTAC xəbər verir ki, bu barədə Avstriyanın daxili işlər naziri Qerhard Karner məlumat verib. O, bu məsələ ilə bağlı müvafiq işçi qrupun yüksək peşəkarlıq və dəqiqliklə göstərdiyi fəaliyyəti təqdir edib. İşçi qrupun hesabatına əsasən, həmçinin daşınmaz əmlak reyestrlərində rusiyalı oliqarxlara məxsus dəyəri ikirəqəmli milyonlarla ölçülən mülklər üzərinə həbs qoyulub. 
Avstriya Daxili İşlər Nazirliyinin məlumatına görə, Avropa İttifaqının qəbul etdiyi sanksiya paketləri nəticəsində bu ilin fevralından indiyədək Rusiyadan olan 1175 şəxsə və bu ölkəyə məxsus 101 təşkilata sanksiya tətbiq olunub, on milyard avro dəyərində sərvət müsadirə edilib. 
Elgün Niftəli
AZƏRTAC-ın xüsusi müxbiri
Vyana
Bakının Nizami rayonunda 25 yaşlı oğlan ehtiyyatsızlıqdan yaralanıb.
Lent.az xəbər verir ki, hadisə Nizami rayonunda baş verib.
Belə ki, Qara Qarayev prpspektində yerləşən beş mərtəbəli binada yaşayan 1997-ci il təvəllüdlü Səmədbəyli Fərid Şahin oğlu beşinci mərtəbənin eyvanında ehtiyyatsız davrandığına görə yerə düşüb.
O, bədənin müxtəlif nahiyyələrindən sınıq xəsarətləri alıb. Yaralı ağır vəziyyətdə 3 nömrəli şəhər xəstəxanasına yerləşdirilib.
Nurlan Əli
Həkimlər hipoksiyanın (oksigen çatışmazlığının) bütün orqanizmin fəaliyyətinə mənfi təsir etdiyini bildirib.
Lent.az xəbər verir ki, rusiyalı həkim Roman Gorenkov bunun qarşısını almağın yollarını sadalayıb.
Onun sözlərinə görə, hipoksiya bütün orqanizm üçün təhlükəli olsa da, ilk növbədə sinir toxumasının zədələnməsinə səbəb ola bilər.
“Klinik olaraq, hipoksiya özünü ilk növbədə sinir toxumasının zədələnməsi ilə göstərir, buna görə də onun fonunda zəiflik, artan yorğunluq, xroniki yorğunluq sindromu, baş ağrıları, başgicəllənmə, gündüz yuxulama, dərinin solğunluğu və hipotenziya inkişaf edir. Bunlar hipoksiyanın ilk qeyri-spesifik əlamətləridir”, - deyə Qorenkov bildirib.
Həkim vurğulayıb ki, orqanizmdə oksigen çatışmazlığı əsasən atmosfer təzyiqinin aşağı düşməsi və ya mənfi ekoloji amillərlə bağlıdır.
<p style="text-align:;" justify;">ABŞ Beynəlxalq İnkişaf Agentliyi (USAID) və Amerika Ticarət Palatası (AmCham) “Qadınların Milli Biznes Gündəliyi (QMBG) Platformasının İnkişafı Əsasında Qadınların İqtisadi Cəhətdən Gücləndirilməsi” mövzusunda birgə konfrans keçirib. Tədbirdə “Qadınların iqtisadi cəhətdən gücləndirilməsi”nə dair bəyannamə imzalanıb. 
ABŞ-ın Azərbaycandakı səfirliyindən AZƏRTAC-a bildirilib ki, konfransda Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA), Ailə, Qadın və Uşaq Məsələləri üzrə Dövlət Komitəsinin, Aqrar Kredit və İnkişaf Agentliyinin, diplomatik icmanın nümayəndələri iştirak ediblər. 
Ölkə iqtisadiyyatında qadınların rolunun gücləndirilməsi məqsədilə daha əlverişli biznes mühitinin yaradılması yolları konfransda müzakirə edilib. Amerika Ticarət Palatası və USAID-in özəl sektorun inkişafı layihəsi qadın sahibkarların üzləşdiyi çətinliklərlə bağlı aparılmış sorğuların nəticələrini elan edərək, onların aradan qaldırılması üçün müxtəlif həll yolları təklif ediblər. 
ABŞ-ın Azərbaycandakı səfirinin müavini Maykl Dikerson diqqətə çatdırıb ki, “Qadınların Milli Biznes Gündəliyi (QMBG) iqtisadiyyatda və iş yerlərində qadınlar üçün daha əlverişli mühitin yaradılmasına xidmət edir. “Hesab edirik ki, qadınlar milli iqtisadiyyatın vacib və aparıcı qüvvəsi olaraq Azərbaycanın dayanıqlı və inklüziv inkişafına töhfə verə biləcək güclü potensiala malikdirlər. Biz, bu prosesdə öz dəstəyimizi əsirgəməyəcəyik”, - deyə M.Dikerson bildirib. 
Amerika Ticarət Palatasının icraçı direktoru Gülnarə Aslanbəyli isə bildirib ki, qadınların iqtisadi gücünün artırılması həm qadın hüquqlarının, həm də iqtisadi artım, təhsil və rifah kimi daha geniş inkişaf məqsədlərinin reallaşmasında mühüm rol oynayır. Bu fikir cəmiyyətdə getdikcə daha çox qəbul edilir. Qadınların iqtisadi cəhətdən daha güclü olması nəinki onlara, hətta cəmiyyətə də fayda gətirir. “Ona görə də biz Amerika Ticarət Palatasının strateji fəaliyyətinin istiqamətlərindən birini də qadınların iqtisadi cəhətdən gücləndirilməsi üçün daha əlverişli biznes mühitinin yaradılmasına həsr etmişik”, - deyə o qeyd edib. 
Konfrans müzakirələrlə davam edib.
ABŞ-ın Kaliforniya ştatındakı Salk Bioloji Tədqiqatlar İnstitutunun klinik tədqiqatçısı və "Nə vaxt yemək lazımdır?" adlı elmi məqalənin müəllifi Emily Manoogian deyir ki, gün ərzində 12 saat qidalanmamaq həzm sisteminin dincəlməsi üçün şərait yaradır. Bəzi ekspertlər, o cümlədən Nyu-York şəhərində yerləşən Kornel Universitetinin İnsan ekologiyası şöbəsinin professoru David Levitski insanlara gündə sadəcə bir dəfə yemək yeməyi tövsiyə edib. Professor D.Levitskinin özü də bunu təcrübədən keçirib. Onun sözlərinə görə, " İctimaiyyətdə qarşımıza çıxan yemək əks olunan şəkillər təhtəlşüurumuza yerləşir və bu səbəbdən çoxlu yemək istəyirik. Yeməklər haqda oxuduğunuz məlumatlar, baxdığınız şəkillər sizi daha çox acdırır”. D.Levitski aclığın çox vaxt psixoloji bir hal olduğunu deyib.Metbuat.az AZƏRTAC-a istinadən xəbər verir ki, tarixçi Seren Charrington-Hollins da qədim Romada insanların gündə bir dəfə yemək yediyini qeyd edib.<script data-cfasync="false" src="/cdn-cgi/scripts/5c5dd728/cloudflare-static/email-decode.min.js"></script>D.Levitski eyni zamanda bu metodu şəkər və qan təzyiqi problemlərindən əziyyət çəkən insanlara tövsiyə etmir.E.Manoogian isə gündə bir dəfə qidalanmağı məsləhət görmür. “Yemək yeməyəndə qanımızdakı qlükoza səviyyəsi arta bilər. Uzun müddət davam edən yüksək qlükoza səviyyəsi isə şəkər xəstəliyinin yaranması üçün şərait yaradır”.
Mütəxəssis qan şəkərinin səviyyəsini normada saxlamaq üçün gündə bir dəfədən çox qidalanmağın vacib olduğunu deyib. Onun fikrincə uzun müddət gündə bir dəfə qidalanmaq orqanizmin ac olduğunu düşünməsinin qarşısını alır və nəhayət yemək zamanı qlükoza səviyyəsi normadan artıq olur. Gündə iki və ya üç dəfə yemək ən optimal variantdır, lakin gecə qidalanmaq ürək-damar xəstələri və şəkər problemindən əziyyət çəkənlər üçün təhlükəlidir.
Bakının Sabunçu rayonunda dava zamanı bir nəfər ağır xəsarət alıb.
Lent.az APA-ya istinadən xəbər verir ki, hadisə Zabrat qəsəbəsində qeydə alınıb.
Belə ki, 1981-ci il Cavadov Elman Əyyub oğlu tanışı Yasin Məmmədov tərəfindən bıçaqlanıb. O, E.Cavadova ümumilikdə 7 bıçaq xəsarəti yetirib. Yaralı ağır vəziyyətdə xəstəxanaya çatdırılıb.
Faktla bağlı araşdırma aparılır.
<p style="text-align:;" justify;">İtaliyanın şimalında anomal istilərin səbəb olduğu quraqlıq ölkənin mərkəzində, cənubda və adalarda meşə yanğınları ilə nəticələnib. 
AZƏRTAC xəbər verir ki, Afrikadan Apennin yarımadasına daxil olan isti “Haron” antisiklonu İtaliya ərazisində havanın temperaturunun yüksəlməsinə səbəb olub. Latsio regionunda, paytaxt Romanın Ponte di Nona bölgəsində bəzi yaşayış məntəqələrinin yaxınlığındakı meşə və kol sahəsində yanğınlar qeydə alınıb. Həmçinin cənubda Puglia bölgəsində şam ağacı meşəsində, eyni zamanda, Siciliya adasında yanğınlar baş verib.
Mülki-müdafiə qüvvələrinin müdaxiləsi nəticəsində yanğınların geniş ərazilərə yayılmasının qarşısı alınıb.
Nihad Budaqov
AZƏRTAC-ın xüsusi müxbiri
Roma
Bakının Sabunçu rayonunda dənizdə bir nəfər boğulub.
Lent.az APA-ya istinadən xəbər verir ki, hadisə Pirşağı qəsəbəsində baş verib.
Belə ki, 2001-ci il təvəllüdlü Əhmədov Novruz Elnur oğlu dənizdə çimərkən boğulub. Onun meyiti sudan çıxarılaraq aidiyyatı üzrə morqa təhvil verilib.
Faktla bağlı araşdırma aparılır.
Qeyd edək ki, N.Əhmədov Bakıda kirayədə yaşayırmış.
O, Texniki Universitetin üçüncü kurs tələbəsi olub.
<p style="text-align:;" justify;">Azərbaycan Ordusunun nümunəvi orkestri möhtəşəm konsert proqramı ilə çıxış etdi. Heydər Əliyev Parkında Bakının qonaqları və konserti izləyən insanlar üçün gözəl şərait yaradılıb. İyunun 26-sı Azərbaycanda Silahlı Qüvvələr günü kimi qeyd edilir. Biz konsertdən zövq aldıq. Musiqinin dili birdir. Azərbaycan üçün əlamətdar gündə xüsusi bir proqram izləyirik. 
AZƏRTAC xəbər verir ki, bunu 26 İyun-Azərbaycan Silahlı Qüvvələr Günü münasibətilə təşkil edilən hərbi orkestrin nümunəvi çıxışlarını izləyən pakistanlı qonaqlar deyiblər. 
Qonaqlar bildiriblər ki, Pakistan xalqı Azərbaycanı hər zaman dəstəkləyir və hər zaman onun yanındadır. “Biz daim ordunuzu dəstəkləyirik və ölkənizi sevirik. Xalqınız qonaqpərvərdir və Azərbaycanı çox bəyənirik. Bakıda olduğumuz üçün məmnunuq. Azərbaycan bizim üçün qardaş dövlətdir”, - deyə pakistanlı qonaqlar vurğulayıblar.
 Xatırladaq ki, iyunun 26-da Bakıda hərbi orkestrlər Azərbaycan və dünya bəstəkarlarının tanınmış müasir, estrada və klassik musiqi əsərlərindən ibarət parçalar səsləndiriblər. Onların ifa etdikləri musiqi əsərləri şəhər sakinlərinə və paytaxtımızın qonaqlarına xoş ovqat bəxş edib və böyük maraqla dinlənilib.
Sosial şəbəkələrdə yayılan video maraq doğurub.
Milli.Az bildirir ki, kadrlarda Xəzər dənizinin peykdən çəkilən görüntüləri əks olunub.
Milli.Az görüntüləri təqdim edir:
İsmayıl
 Milli.Az
 <a href="https://www.vtb.az/personal/loans/cashloans/?utm_source=milli.az&utm_medium=link&utm_campaign=na%C4%9Fdkredit" target="_blank" style="display:;" block; font-weight: bold; font-size: 14px; color: #a50015; margin-top: 30px; margin-bottom: 15px;">İllik 14.5%-dən 30 000 manat zaminsiz komissiyasız kredit