Azərbaycanda gübrələrin qeydiyyat mexanizmlərin təkmilləşdirilməsi nəzərdə tutulur.

Bunu Beynəlxalq Bitki Sağlamlığı Forumunda çıxış edərkən Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin aparat rəhbəri Elxan Mikayılov deyib.

KREDİTİ ONLAYN əldə et – 30 000 AZN-dək, 0% komissiya

Onun sözlərinə görə, peşəkar yanaşma ondan ibarətdir ki, gübrələrlə pestisidlərə yanaşma eyni qaydada olmamalıdır, gübrələrin qeydiyyatı fəqli olmalıdır.

"Gübrələrin sadəcə laborator sənəd dosye ekspertizası və laborator sınağı əsasında dövlət qeydiyyatının aparılması və idxalının da buna uyğun daha sadələşdirilmiş formada təşkili nəzərdə tutulur",- deyə Elxan Mıkayılov qeyd edib.

KREDİTİ ONLAYN əldə et – 30 000 AZN-dək, 0% komissiya

© APA

Gürcüstan Xarici İşlər Nazirliyi Azərbaycanla quru sərhədlərinin açılması məsələsini nəzərdən keçirir.

FED.az bu barədə Gürcüstan KİV-lərinə istinadən məlumat verir.

"Azərbaycan və Gürcüstanın fəal əməkdaşlığı sayəsində hava nəqliyyatı ilə hərəkət edən sərnişinlərlə bağlı məhdudiyət ləğv edilib. Yerüstü nəqliyyatla hərəkət edən sərnişinlərə gəldikdə bu istiqamətdə qaydaların yumşalması üçün işlər aparılır", - Gürcüstan Xarici İşlər Nazirliyinin bəyanatında deyilir.

Qeyd edək ki, Gürcüstanla Azərbaycan arasında quru sərhədlərinin açılması məsələsi bir neçə dəfə rəsmilər arasında müzakirə olunub. (Trend)

9 may 2022-ci il tarixində Əmanətlərin Sığortalanması Fondu və Türkiyənin Tasarruf Mevduatı Sigorta Fonu (TMSF) arasında imzalanmış qarşılıqlı əməkdaşlıq haqqında Anlaşma Memorandumu çərçivəsində əsas əməkdaşlıq istiqamətləri və hədəflərindən biri olan Fondun insan resurslarının təcrübi və nəzəri biliklərinin artırılmasına dəstəyin göstərilməsini təmin etmək məqsədilə ƏSF-nin Maliyyə, Arxiv, Risk, habelə Beynəlxalq və ictimaiyyətlə əlaqələr sahələrində çalışan əməkdaşları üçün TMSF-nin təcrübəli kadrları və təlimçiləri tərəfindən Türkiyənin İstanbul şəhərində təlimlər təşkil edilmişdir.

Fondun yaydığı məlumatda bildirilir ki, 9-12 may tarixlərdə baş tutmuş 4 günlük təlim proqramının ilk günündə ƏSF-nin əməkdaşları üçün əmanətlərin risk-əsaslı sığortalanma mexanizmi, TMSF-də risklərin idarə edilməsi və TMSF-nin təşkilati strukturu kimi mövzuları əhatə edən təlimlər keçirilmişdir. Ardınca, təlim proqramının ikinci günündə ƏSF-nin Maliyyə departamentinin əməkdaşları TMSF-nin maliyyə strukturu, uçot siyasəti və sığorta ehtiyatlarının idarəedilməsi, bankların təhlili təcrübəsi ilə tanış olmuşlar və bu istiqamətdə biliklərini genişləndirmişlər.

KREDİTİ ONLAYN əldə et – 30 000 AZN-dək, 0% komissiya

Təlimlərin üçüncü günündə iştirakçılar arxivin idarə edilməsi, eləcə də TMSF-nin korporativ hesabatlılıq sistemi layihəsinin hazırlanması barəsində məlumatlandırılmışdır. Təlimlərin sonuncu günündə ƏSF-nin mətbuat katibi TMSF-nin mətbuat və ictimaiyyətlə əlaqələr üzrə strategiyası ilə tanış olmuş, həmçinin TMSF-nin bu sahədə istifadə etdiyi kommunikasiya kanalları barəsində geniş məlumat əldə etmişdir. Qeyd edək ki, proqram çərçivəsində keçirilmiş təlimlərin mövzuları ətrafında geniş müzakirələr aparılmış, Fondun fəaliyyəti barəsində sual-cavab sessiyalarına da geniş yer ayrılmışdır. TMSF-nin aparıcı kadrları və təlimçiləri tərəfindən təşkil edilmiş bu tədbirlər nəticəsində əldə olunan bilik və təcrübələr ƏSF-nin gələcək fəaliyyətində öz bəhrəsini verəcəkdir.

Son bir ildə Azərbaycanda ödəniş kartlarının sayı 2 milyon ədəddən çox artıb.

Eləcə də bax: Azərbaycanda ən yüksək faizli kreditlər – KREDİT KARTI İLƏ VERİLİR – AÇIQLANDI

FED.az Azərbaycan Mərkəzi Bankının açıqladığı məlumatlara istinadən xəbər verir ki, 2022-ci il aprelin sonuna ölkədəki ödəniş kartlarının sayı 11 milyon 901 min ədədi keçib. Yəni kartların sayı ümumilikdə 20% artıb.

Ötən ilin eyni dövründə , yəni bir il əvvəl isə bu rəqəm 9 milyon 898 min ədəd idi.

Kartların sayı hər ay ayrır, təkcə aprel ayında dövriyyədə olan ödəniş kartlarının sayı mart ayı ilə müqayisədə 130 min ədəd artıb.

Amma kartlardakı artımın cüzi hissəsi əmək haqqı kartlarının payına düşüb – cəmi 41 min ədəd. Halbuki son bir ildə kredit kartları 357 min, digər kartlar isə 1,6 mln. ədəd artıb.

Ödəniş kartlarında artım debet kartları üzrə 18.8%, kredit kartları üzrə 30.7% təşkil edib.

Azərbaycan Mərkəzi Bankı (AMB) bu gün Dövlət Neft Fondunun (ARDNF) iştirakı ilə keçirdiyi valyuta hərracında banklara $29,1 milyon satıb.

FED.az xəbər verir ki, mayın 19-da keçirilən hərracda banklara $49,2 milyon məbləğində xarici valyuta satılmışdı.

“Hərracda tələb $29,1 milyon təşkil edib və tam təmin edilib. Hərracda manatın ortaçəkili məzənnəsi 1,7 manat səviyyəsində formalaşıb”, - deyə AMB-dən bildirilib.

Rusiyanın Ukraynada işğal etdiyi ərazilər ölkənin 20 %-ni təşkil edir.

FED.az xəbər verir ki, nəşrin məlumatına görə, hazırda Ukrayna təqribən 125 min kvadrat kilometr ərazisi Rusiya işğalı altındadır. Bunlar Donetsk, Luqansk, Xarkov, Xerson, Zaporojye vilayətlərinin hissələri və Krım yarımadasıdır.

Bildirilib ki, fevralın 23-dək zəbt edilmiş ərazilər ölkənin 7 %-ni təşkil edirdi.

Eyni zamanda nəşr Rusiyanın hərbi texnika itkilərini də hesablayıb - 13 milyard dollar. Bunlardan 6 milyard dollar təyyarə və helikopter, 4 milyard dollar tank və zirehli döyüş maşını, 1 milyard dollar gəmi və katerlər, 2 milyard digər texnikalar olub. Vurğulanıb ki, Rusiya qüvvələrinin itirdiyi ən bahalı texnikalar “Moskva” kreyseri (750 milyon dollar), "İl-76" təyyarəsi (86 milyon dollar) və “Saratov” desant gəmisi (75 milyon dollar) olub.

Qeyd edək ki, Ukraynanın sahəsi 603 548 kvadratkilometrdir.

Xatırladaq ki, Rusiya 2014-cü ilin fevralında Ukraynanın Krım Muxtar Respublikasını ilhaq edib. Bundan sonra Ukraynanın Donbas bölgəsində hərbi əməliyyatlara başlayıb. Nəticədə Donetsk və Luqansk vilayətlərinin böyük hissəsi separatçıların nəzarətinə keçib. Döyüşlər Ukraynanın Silahlı Qüvvələri və Rusiyanın dəstəklədiyi qondarma Donetsk və Luqansk respublikalarının silahlıları arasında gedib. Rəsmi Moskva döyüşlərdə iştirakının olması ittihamını rədd edib.

Daha sonra 2020-ci ilin sonundan başlayaraq Ukrayna və Rusiya arasında münasibətlər daha da gərginləşməyə başlayıb, Donbasda təmas xəttində atəşkəsin pozulması mütəmadi xarakter alıb. ABŞ başda olmaqla Ukraynanın müttəfiqləri hərbi və maliyyə cəhətdən rəsmi Kiyevə yardım etsə də, münaqişəyə birbaşa müdaxilə etməyəcəklərini vurğulayıblar.

2022-ci ilin fevralın 21-də Rusiya Prezidenti Vladimir Putin xalqa müraciətində Ukraynanın Donbas ərazisində yaradılan iki qondarma respublikanı tanıdığını bildirib. O, bununla bağlı fərman imzalayıb.

2022-ci ilin fevralın 24-də Rusiya Silahlı Qüvvələri Ukraynanın “denasifikasiya və demilitarizasiyası” (nasizm ünsürlərindən təmizlənmə və silahsızlaşdırılma), habelə Donetsk və Luqansk “respublikalarının ərazi bütövlüyünün” təmin olunması məqsədilə ölkəyə şərq, cənub (Krım) və şimal (Belarus) istiqamətlərdən hücuma başlayıb. Rusiyada “xüsusi hərbi əməliyyat” adlanan bu müharibədə indiyədək Ukraynanın bir sıra şəhərləri, o cümlədən Xerson, Melitopol şəhərləri işğal edilib. Minlərlə dinc sakin həlak olub, milyonlarla insan yurdlarından didərgin salınıb. Müharibənin ilk günlərindən Qərb Rusiyaya qarşı ən sərt iqtisadi sanksiyaları işə salıb. Nəticədə ölkənin milli valyutası rubl çöküş yaşayır. Bu sanksiyalar ilk dəfə olaraq humanitar sahələrə də toxunub.

Bundan başqa, Beynəlxalq Cinayət Məhkəməsində (Haaqa) Rusiyanın Ukraynaya qarşı təcavüzü ilə əlaqədar insanlığa qarşı cinayətlərin araşdırılmasına başlayıb.

Qeyd edək ki, Azərbaycan daxil olmaqla, BMT üzvlərinin mütləq əksəriyyəti Krım yarımadası və Donbası Ukraynanın ərazisi olaraq tanıyır. (Report)