• Şikayət et

Həyatları qaraldan ağ təhlükə - VİDEO

2021-ci ilin ilk altı ayı ərzində ötən ilin anoloji dövrü ilə müqayisədə qeyri-leqal dövriyyədən 776 kiloqram çox və ya 1 ton 843 kiloqram narkotik vasitə çıxarılıb. Qanunsuz kultivasiya olunan 140 ton narkotik xassəli bitkinin aşkarlanıb məhv edilib. Daxili İşlər naziri Vilayət Eyvazov bir müddət əvvəl vətəndaşlara müraciət edərək narkotiklərin qanunsuz dövriyyəsi və narkomanlığın bütün bəşəriyyəti narahat etdiyini, bu bəlaya qarşı mübarizənin Azərbaycanın hüquq mühafizə orqanlarının başlıca vəzifələrindən biri olduğunu, qanunsuz dövriyyədən çıxarılan narkotiklərin həcminin ilbəil artması ilə bərabər ölkəyə gətirilməsinə edilən cəhdlərin çoxaldığını, belə bir vəziyyətin gənclərin narkotik aludəçisi olmaq təhlükəsini artırdığını bildirib.

Hüquq-mühafizə orqanları narkotiklərlə mübarizə, “ağ ölüm”ün gənclərin həyatını qaraltmasının qarşısını almaq üçün tədbirlər görür. Milli Məclisin Gənclər və idman komitəsinin üzvü Müşfiq Cəfərov deyir ki, polis həm də qabaqlayıcı tədbirlər görür.

Amma inzibati tədbirlər, hər gün narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan onlarla adamın ifşa edilməsi ilə yanaşı yeniyetmə və gənclərin asudə vaxtının səmərəli təşkili də onların pis vərdişlərdən uzaq olması üçün əhəmiyyətlidir.

Millət vəkili hesab edir ki, gəncləri pis vərdişlərdən uzaq saxlayan sahələrdən biri də idmandır. Qeyd edək ki, Azərbaycanın bölgələrində vaxtaşırı müasir idman kompleksləri yaradılır. Bunlardan sonuncusu bir neçə gün əvvəl Goranboyda istifadəyə verilən kompleksdir. Kompleksin açılışında Prezident İlham Əliyev də iştirak edib.

Qeyd edək ki, narkotiklərin qanunsuz dövriyyəsinə qarşı mübarizədə vətəndaşların məlumatları əsasında müsbət nəticələri olan bir çox əməliyyat tədbirlərinin keçirilir. Bu məsələdə insanlarn fəal vətəndaşlıq mövqeyi sərgiləməsi də xüsusi qeyd olunmalıdır.

Mənbə:
0
2796
0
0 şərh

Ən çox oxunanlar

  • Bugün
  • Həftə
  • Ay

Son şərhlər

Trenddə olanlar