Acer 18 May tarixində baş tutan onlayn təqdimat mərasimində əsas oyun xətti olan Predator seriyasında yenilənmə edib. Predator Helios 300 oyun notebook-nun yenilənmiş Predator Helios 300 SpatialLabs versiyası təqdim olunub. Eyni zamanda şirkət təqdimat çərçivəsində bu xəttdə Predator Triton 300 SE incə oyun kompüteri və 2 ədəd oyun üçün nəzərdə tutulmuş ekran təqdim edib (XB273K LV və Acer Nitro XV272U RV).
Predator Helios 300 SpatialLabs-ın əsas xüsusiyyəti oyunçulara eynəksiz 3D oyun təcrübəsi yaşatmaqdır. Bu oyun kompüteri ekran üzərində olan sensor və kameralar ilə gözün hərəkət traektoriyasını izləyə bilir və ekranın üzərində stereoskopik görüntü yaradır. Bu görüntü oyunda olan personajların 3D görüntü şəklində 2D ekrandan daha önə çıxmasını təmin edir. Beləcə, oyunçu 3D eynək istifadə etmədən 3D həzini birbaşa açıq gözlə yaşaya bilir. SpatialLabs TrueGame tətbiqi isə bu görünütünü emal etmək üçün oyunlara dəstək verən əsas tətbiqdir. Bu tətbiqin köməyilə 50-dən çox müasir oyunu 3D qrafikada oynamaq olur.
SpatialLabs mütəxəssisləri qeyd edir ki, 3D dəstəyi demək olar ki, əksər müasir oyunlarda var. Lakin əksər oyunçu kompüterləri bu qrafikanı dəstəkləmədiyi üçün həmin funksionallıq oyunlarda aktivləşmir. SpatialLabs TrueGame tətbiqi ilə Predator Helios 300 SpatialLabs isə məhz oyunlarda bu imkanı aktiv hala gətirir.
Texniki tərəfə gəldikdə isə yenilənmiş Predator Helios 300 SpatialLabs 15.6 düyümlük 2K ekrana, 12-ci nəsil intel Core i9 (qədər) prosessor seriyasına, NVIDIA GeForce RTX 3080 qrafik karta və 32 GB RAM yaddaşına sahibdir. Eyni zamanda cihaz 2-li “Gen AeroBlade 3D” fan sisteminə və Acer-ın likvid metal “CoolBoost” soyutma texnologiyasına sahibdir.
Təqtimat zamanı oyun xəttində diqqəti çəkən digər bir cihaz isə Acer-in yenilənmiş incə oyun notebook-u oldu. Acer Predator Triton 300SE modeli 12-ci nəsil Intel Core prosessorları və NVIDIA Geforce RTX 30 seriyasından notebook qrafik kartını əldə edib. Əsas yenilənmələrdən biri isə ekran panelinin OLED olmasıdır. 16 düyümlük modelin ekran yenilənmə tezliyi 240HZ-dir. İncə olmasına baxmayaraq bu oyun kompüteri maye metal soyutma sisteminə və 5-ci nəsil “Gen AeroBlade 3D” pərlərə sahibdir. Bunun nəticəsində də ən ağır yük altında belə cihaz sərin qalır və qızmır.
Predator xəttinə əlavə olunan digər cihazlar isə oyun üçün kompüter ekranları oldu. Predator XB273K LV 27 düyümlük UHD keyfiyyətində IPS panelə və 160HZ ekran yenilənmə tezliyinə sahibdir. Digər 27 düyümlük ekran Acer Nitro XV272U RV isə QHD keyfiyyət, 170 HZ ekran yenilənmə tezliyini əldə edib.
Acer-ın təqdimatında önə çıxan və təqdimat boyu haqqında ən çox danışılan isə Vero seriyası oldu. Bu seriya məhz təbiət dostu və yaşıl texnologiya olması ilə önə çıxır. Acer təqdimat zamanı xüsusilə yaşıl texnologiyalarının önəmindən, bu sahədə atdığı addımlardan, təqdim etdiyi məhsullardan detallı şəkildə danışdı. Bu seriyada şirkət yeni Vero notebooklarını, masa üstü iş kompüterini, yeni Vero ekranları, təmamilə təkrar istehsala əsaslanan proyektor, maus və klavyatura modellərini təqdim edib.
Acer Vero ekoloji texnologiyalara əsaslanan və yenidən emal edilə bilən materiallardan hazırlanmış notebook-lar 14 və 15 düyümlük ölçülərdə 2 fərqli modeldə təqdim edilib. Yeni notebook-lar texniki tərəfdə olduqca güclü 12-ci nəsil Intel Core prosessorları ilə təchiz olunublar və Full HD ekran görüntü keyfiyyətinə sahibdirlər. Həm 14 həm də 15 düyümlük modellərin hər biri okeanlardan əldə olunmuş plastik materialdan hazırlanan “OceanGlass” toxunma panelinə sahibdirlər.
Vero ailəsinin başqa bir üzvü isə Veriton Vero adlanan hamısı birində masaüstü kompüteri oldu. Bu model əsas biznes evdən işləyən seqment üçün nəzərdə tutulan təbiət dostu bir cihazdır. 24 düyümlük Full HD IPS ekran paneli 88%-lik ekran-gövdə nisbətinə sahibdir. Vertion Vero modelinin gövdəsinin 30%-i yenidən emal edilmiş atıqlardan hazırlanmışdır. Yanında gələn Acer maus və klavyatura isə 100%-lik təkrar emal göstəricinə sahibdirlər.
Texniki tərəfdə Vertion Vero 12-ci nəsil Intel Core i9 prosessoruna qədər dəstək təmin edir. Qrafik tərəfdə isə NVIDIA GeForce MX550 görüntü kartına və 64GB-a qədər 2 kanallı RAM dəstəyinə sahibdir. Seriyaya əlavə edilən digər məhsul isə Vero IPS ekranlardır. 27 və 23.8 düyümlük FHD ekranlar 85% təkrar emal edilmiş plastik material və 5% okeandan yığılmış atıq materialların emalından hazırlanıb.
Bütün bu məhsullardan başqa Acer tədbir çərçivəsində TravelMate P4, TravelMate Spin P4 və TravelMate P2 yenilənmiş notebook seriyalarını əlavə olaraq ConceptD xətti çərçivəsində yeni notebook və masaüstü kompüterini təqdim edib.
Apple şirkəti iPhone, iPad və Watch modelləri üçün genişləndirilmiş yeni funksiyaları anons edib. Yaxın zamanda həmin cihazlar sistem yenilənmələrini əldə edəcəklər və həmin yenilənmələr fiziki məhdudiyyətli istifadəçilər üçün cihazlardan istifadə prosesini sadələşdirəcəklər. Beləliklə anons edilmiş funksiyalardan biri Live Captions adlanır. Sözügedən funksiya real zaman ərzində audionu ekranda əks olunan mətn formatına çevirir. Eşitmə qabiliyyətində problemlər yaşayan istifadəçilər bu üsul ilə videolara baxa və hətta FaceTime üzərindən digərləri ilə ünsiyyət qura biləcəklər. İstifadəçilər öz növbələrində əks olunacaq mətnlərin şrift ölçülərini ayarlaya və mətn formatında cavablar daxil edə biləcəklər. Mətn formatında daxil ediləcək həmin cavablar isə standart diktor vasitəsilə digər şəxsə ötürüləcək. Live Captions funksiya bu il istifadəyə veriləcək.
O, ingilis dilində iPhone 11 və daha yeni modellərdə, A12 Bionic və ya ondan sonrakı prosessor modellərinə sahib iPad modellərində və həmçinin Apple şirkətinin M seriyasına daxil olan fərdi prosessorları vasitəsilə çalışan Mac kompüterlərində dəstəklənəcək. Digər yeni funksiya Door Detection adlanır. Sözügedən funksiya zəif görən istifadəçilər üçün nəzərdə tutulub. Bu funksiya LiDAR skanerinə sahib iPhone və iPad modellərində dəstəklənəcək. Door Detection funksiyası bu və ya digər məkanda qapının harda yerləşdiyini istifadəçi üçün təyin edəcək və onun hansı uzaqlıqda yerləşdiyi barəsində ona məlumat verəcək.
Bununla yanaşı sözügedən funksiya qapının necə açıldığı və qapının yanında xüsusi işarələrin olub-olmadığını da istifadəçiyə bildirəcək. Fiziki məhdudiyyətli istifadəçilər özlərinin Apple Watch 6 və Watch 7 smart saatlarını iPhone vasitəsilə AirPlay üzərindən idarə edə biləcəklər. Bunun üçün onlar səsli idarəetmədən və ya digər xüsusi imkanlardan istifadə etməli olacaqlar. Xüsusi imkanlar dedikdə isə buna misal olaraq baş vəziyyətinin təyin olunmasını gətirmək olar. Yeni sürətli hərəkətlər Apple Watch sahiblərinə jestlərdən istifadə imkanını verəcək. Məsələn əlin iki dəfə yumruq formasını alması vasitəsilə telefon zənginin qəbul və ya ləğv edilməsini, bildirişlərin aradan qaldırılmasını, screenshotların edilməsini və digər standart əməliyyatları reallaşdırmaq mümkün olacaq.
Hələ 2015-ci ildən internetdə Apple şirkətinin yeni məhsulu barəsində məlumatlar ortaya çıxır. Söhbət, qarışıq reallıq (AR + VR / Mixed Reality) cihazından gedir. The Information saytı öz yeni hesabatında Apple mühəndislərinin sözügedən cihazın hazırlanması prosesi çərçivəsində qarşılaşdıqları problemlər barəsində insayder məlumatlarını təqdim edib. Bundan əlavə olaraq jurnalistlər şirkətin bu layihəsində iştirak edən əməkdaşlar, cihazın satışa çıxacağı tarix üzrə proqnozlar və onun təqribi qiyməti barəsində məlumatlar veriblər. Beləliklə jurnalistlər Apple şirkətinin MX cihazı layihəsində yaxından iştirak edən 10 nəfər insan arasında sorğu keçirdiblər. Həmin şəxslərdən çoxu bir komandada çalışıblar. Beləliklə verilmiş məlumata əsasən 2016-cı ildə sözügedən layihəyə start verilən zaman Apple şirkətinin direktorlar şurasına sözügedən cihazın ilkin prototip modelləri sərgilənib. Bu, şirkətdən sözügedən layihə üçün daha çox investisiyanın əldə olunması üçün reallaşdırılıb. Daha sonrakı mərhələdə isə MX cihazın işlək test versiyalarının istehsalına start verilib.
Layihə üzərində çalışan şirkət əməkdaşlarından birinin sözlərinə əsasən hazırlanmış test versiyalarından biri hədsiz dərəcədə ağır olub. Lakin buna baxmayaraq şirkətin direktorlar şurası layihəni dəstəkləyiblər. Məlumatda qeyd edilib ki, cihazın bu qədər uzun müddət ərzində hazırlanmasının səbəbi texniki problemlər ilə bağlı olub. Həmin texniki problemlər isə Apple şirkətinin əvvəlki iddialı məhsullarında olduğu kimi hələ tam şəkildə istifadə edilməmiş texnologiyalar səbəbilə yaranıblar. Buna misal olaraq ilk iPhone modelini gətirmək olar. Lakin iPhone layihəsində iştirak etmiş çoxlu sayda insandan əlavə olaraq smartfonun hazırlanmasında və inkişaf etdirilməsində birbaşa Steve Jobs da iştirak edirdi. Apple şirkətinin hal hazırki CEO-su olan Tim Cook da qarışıq reallıq cihazı layihəsini dəstəkləyir. Lakin The Information saytının şirkət əməkdaşları arasında aparmış olduğu sorğuya əsasən o, Steve Jobs-un ilk iPhone modeli layihəsində aktiv iştirak səviyyəsini sərgiləmir. Məsələn şirkət mühəndislərinin sözlərinə əsasən Tim Cook onların çalışdıqları qrupların yerləşdikləri ofislərə çox nadir hallarda baş çəkir.
Apple şirkətinin keçmiş baş dizayneri Jony Ive isə ümumiyyətlə bu layihəyə qarşı idi. Onun fikrincə bu cür cihazdan uzun müddət ərzində istifadə öz növbəsində gələcək istifadəçilər üçün heç də komfortlu olmayacaqdı. Bununla yanaşı Jony Ive-ın komandası düşünürdü ki, virtual reallıq insanları ayırır. Ola bilər ki, məhz bu səbəblə şirkət virtual reallıq yox, qarışıq reallıq cihazının hazırlanmasına üstünlük verdi. İstifadəçinin eyni anda cihaza əks olunan təsviri və onu əhatə edən ətraf mühiti görə bilməsini təmin etmək üçün cihazı xarici ekran ilə təchiz etmək qərarı verilmişdi. Məlumatda qeyd edilib ki, cihazın təkrar hazırlanma cəhdi 2019-cu ildə reallaşdırılmışdı. Jurnalistlər onun barəsində ətraflı məlumat verməyə söz veriblər. Çox güman ki, məhz həmin vaxtda Jony Ive ayrıca güclü hesablama blokuna sahib cihazın satış ideyasından imtina etdi. Buna görə də Apple şirkəti performans baxımından bir qədər zəif, lakin daha kompakt ölçülü cihazın yaradılması ideyasını dəstəklədi. Qeyri-rəsmi proqnozlara əsasən şirkət qarışıq reallıq cihazını 2023-cü ildə təqdim edəcək. Onun qiyməti isə 2000-3000$ təşkil edə bilər.
SpaceX səhmlərinin təkrar bazarda satılması nəticəsində şirkətin bazar dəyəri 125 milyard dollara yüksəlib. Bu barədə Reuters saytı öz mənbələrinə istinadən xəbər verib. Hal hazırda SpaceX-in bir səhminin qiyməti təkrar bazarda 72$ təşkil edir. Bu isə keçən ilin oktyabr ayındakı göstəricisindən yüksəkdir. Belə ki, həmin vaxtda şirkətin bir səhminin dəyəri 56$ təşkil edirdi və şirkətin bazar dəyəri 100 milyard dollar qiymətləndirilmişdi. Səhmlərin təkrar bazara yerləşdirilməsi çərçivəsində yeni səhmlər dövriyyəyə buraxılmır. Lakin Reuters saytnın mənbələrindən birinin verdiyi məlumata əsasən SpaceX şirkəti bunun bu ilin sonuna kimi baş verəcəyini bildirib. Satışa çıxarılmış səhmlərin sayı barəsində məlumat verilməyib. Onların təkrar bazarda satılması bahalı özəl şirkətlər üçün adi praktikadır.
Bu, ilkin investorlar ilə şirkət əməkdaşları üçün aktivlərin likvidliklərinin (aktivlərin bazarda əhəmiyyətli qiymət fərqi olmadan və dəyər itkisi yaratmadan tez reallaşdırıla (satıla) bilməsi qabiliyyətidir) təmin edilməsi üçün edilir. Bu satışlarda Elon Musk-ın iştirak edib-etmədiyi də məlum deyil. Qeyd etmək lazımdır ki, o, SpaceX aktivlərinin 44%-nə sahibdir. Beləliklə SpaceX ABŞ-dakı özəl şirkətlər arasında ən bahalı şirkət statusunu əldə edib. O, online ödənişlər üçün nəzərdə tutulmuş Stripe servisini (114 milyard dollar bazar dəyəri) geridə qoyub. Dünyada isə SpaceX ikinci ən bahalı özəl şirkətdir. Birinci yeri TikTok-un sahibi olan ByteDance (140 milyard dollar bazar dəyəri) şirkəti tutur. Nizamlayıcı orqanlara təqdim edilmiş sənədlərə əsasən SpaceX keçən ay 1.16 milyard dollar investisiya əldə edib. Qeyd etmək lazımdır ki, şirkət bu ilin əvvəlindən artıq 19 uçuş missiyası reallaşdırıb. Reallaşdırılmış uçuş missiyaları arasında astronavtların BKS-ə (Beynəlxalq Kosmik Stansiya) və müxtəli növ yüklərin kosmosa göndərilməsi var.
iDropnews saytı öz mənbələrinə istinadən iPhone 14-ün təqdimatına dair yeni məlumatları təqdim edib. İnsayderlər gözlənilən təqdimat tarixi ilə yanaşı təqdimatda olacaq digər məhsullar barəsində də məlumat veriblər. Beləliklə verilmiş məlumata əsasən Apple bu ilki təqdimatını 13 sentyabr tarixində keçirdəcək. Apple şirkəti bu məsələ ilə bağlı heç bir fikir bildirməsə də məlumdur ki, o öz tədbirlərini adətən çərşənbə axşamları keçirdir. Bununla yanaşı məlumatda qeyd edilib ki, təqdimat çərçivəsində şirkət əsas diqqətini adi iPhone 14 modelləri ilə iPhone 14 Pro modelləri arasında olacaq fərqləndirici özəlliklərə ayıracaq. Gözləntilərə əsasən iPhone 14 Pro modellərinin A16 Bionic prosessoru ilə təchiz olunacaqları halda adi iPhone 14 modelləri keçən ilki A15 Bionic prosessoruna sahib olacaqlar.
Heç istisna deyil ki, şirkət keçən ilki A15 Bionic modelini bir qədər təkmilləşdirərək ona A16 adını verəcək. Bu halda iPhone 14 Pro modelləri tamamilə yeni A16 Bionic Pro prosessorunu əldə edəcəklər. Artıq məlumdur ki, Pro modelləri adi iPhone 14 modellərindən fərqləndirəcək daha bir özəllik ön panel dizaynı olacaq. Belə ki, son məlumatlara əsasən iPhone 14 Pro modelləri ənənəvi çıxıntı hissəyə sahib olmayacaqlar. Bunun əvəzinə onların ekranlarına 2 ədəd kiçik ölçülü çıxıntı yerləşdiriləcək. Onlardan biri oval formada, digəri isə dairəvi formada olmalıdır. Həmçinin iPhone 14 Pro modellərinin arxa kameralarının əsas obyektivləri 48 MP-lik olmalıdır və onlar 120 Hz-lik təsvir yenilənməsinə sahib ekranla təchiz olunmalıdırlar.
İnsayderlər bildiriblər ki, təqdimat çərçivəsində smartfonlardan əlavə olaraq şirkət Apple Watch 8 smart saat seriyasının 3 versiyasını təqdim edəcək. Söhbət, Apple Watch 8, Watch 8 SE və Watch 8 Extreme Edition modellərindən gedir. Təqdimat çərçivəsində Apple AirPods 2 qulaqlıqlarının təqdimatı da gözlənilir. Təqdimat tədbirinin hansı formatda keçiriləcəyi barəsində məlumat yoxdur. Lakin insayderlər qeyd ediblər ki, koronavirus ilə bağlı olan məhdudiyyətlər heç bir problem yaratmasalar, şirkət izləyicilərin fiziki şəkildə iştiraklarını özündə birləşdirən tədbir formatına geri qayıda bilər.
Bloomberg saytının verdiyi məlumata əsasən Google şirkəti istifadəçilərin özəl məlumatlarını reklamçılara inanılmaz miqyasda təqdim edir. Belə ki, məlumata əsasən şirkət gün ərzində məlumatların ötürülməsini bir neçə milyard dəfə reallaşdırır. Bu isə digər şirkətlərin məlumat ötürmə göstəricilərindən qat-qat yüksəkdir. Bloomberg bldirib ki, təkcə bu ilin yanvar ayından mart ayının sonuna kimi Google 68 milyard dollar dəyərində gəlir əldə edib və bu gəlirin 54 milyard dolları məhz reklamların payına düşüb. Digər şirkətlər Google-dan istifadəçilərin yerləşdikləri yerlər, vərdişləri, alış-verişləri və onların baxdıqları internet səhifələri və barəsində məlumatları əldə edirlər.
İrlandiya Vətəndaş Azadlıqları Şurasının məlumatına əsasən il ərzində reklam platformaları reklamçılara istifadəçilərin məlumatlarını 178 trilyon dəfə ötürürlər. Lakin Google şirkəti təkcə Avropa və ABŞ-da istifadəçi məlumatlarını reklamçılara hər gün 70 milyard dəfə ötürür. Bloomberg qeyd edib ki, smartfonda açılmış hər bir tətbiq və ya veb səhifə istifadəçinin diqqətini cəlb etmək yolunda bir növ ticarət platformasına çevrilir. Belə ki, smartfon target edilmiş reklam elanlarının sərgilənməsi üçün istifadəçi barəsində olan məlumatları üçüncü tərəflərə ötürür. Nəticədə qalib reklamçı həmin məlumatların əldə edilməsi imkanı üçün daha çox vəsait ödəyən reklamçı olur.
Bloomberg-in verdiyi məlumata əsasən Google ABŞ-dan olan istifadəçilərin konfidensial məlumatlarını 5000 təşkilata ötürür. Bununla belə ötürülən məlumatlar istifadəçilərin sahib olduqları mənfi cəhətləri əhatə edən xüsusi qeydləri də özlərində birləşdirirlər. Məsələn istifadəçi qanunla bağlı problemlərə, narahatlıq pozğunluqlarına sahib olduğu və ya zorakılığı dəstəklədiyi halda onun məlumatları bu cür problemləri əhatə edən xüsusi qeydlərlə işarələnir. İstifadəçi məlumatlarının bu cür ticarət edilməsi isə öz növbəsində onların ələ keçirilməsinə və dələduzlara ötürülməsinə şərait yaradır. Jurnalistlər qeyd ediblər ki, smart cihazların məşhurluqları artdıqca bu vəziyyət daha da pisləşəcək. Belə ki, istifadəçi məlumatlarını təkcə smartfonlar deyil, həmçinin smart səsgücləndiricilər və qolbaqlar da ötürürlər.
Almaniyada yerləşən Darmştadt Texniki Universitetinin tədqiqatçıları iOS-də ciddi sistem boşluğu aşkar ediblər və həmin sistem boşluğu sayəsində iPhone istifadəçilərini izləmək və hətta onların cihazlarına zərərli proqram təminatını yükləmək mümkündür. Problemin əsas ciddi tərəfi isə ondan ibarətdir ki, bütün bu prosesləri hətta iPhone-nun sönmüş vəziyyətdə olduğu zaman da reallaşdırmaq olar. Aşkar edilmiş problem Find My tətbiqi ilə bağlıdır. Qeyd etmək lazımdır ki, sözügedən tətbiq cihazların itməsi və ya oğurlanması halında onların tapılması üçün nəzərdə tutulub. Məsələ burasındadır ki, Bluetooth, NFC və UWB adlı genişzolaqlı şəbəkə hətta iPhone-nun sönülü olduğu vəziyyətdə də çalışırlar.
Bu isə o deməkdir ki, naqilsiz şəbəkə modulları potensial olaraq hackerlər tərəfindən müxtəlif kiberhücumların reallaşdırılmasında istifadə edilə bilərlər. Bundan əlavə olaraq aşağı enerji sərfiyyatı rejimində Apple smartfonlarının istifadəçiləri üçün kontaktsız ödənişlər də daxil olmaqla bəzi funksiyalar aktiv olaraq qalır. “Son iPhone modellərində Bluetooth, NFC və genişzolaqlı UWB şəbəksi smartfonların deaktiv edilməsi halında da çalışmağa davam edirlər” - deyə tədqiqatçılar qeyd ediblər. Bundan əlavə olaraq tədqiqatçılar aparmış olduqları tədqiqat çərçivəsində Bluetooth üzərindən iPhone-a zərərli proqram təminatını inteqrasiya etməyi bacarıblar.
Bununla belə təcrübə zamanı iPhone-nun sönmüş vəziyyətdə olmasına baxmayaraq onun Bluetooth modulu aktiv şəkildə çalışmağa davam edib. Məlumatda qeyd edilib ki, zərərli proqram təminatının bu üsulla cihaza inteqrasiya edilməsi qəliz proses olsa da mümkünsz deyil. Mütəxəssislər bildiriblər ki, Apple mühəndisləri aşkar edilmiş bu problem ilə yaxından tanış olsalar da, onun barəsində nəsə fikir bildirməyiblər. Bununla belə məlumatda qeyd edilib ki, sözügedən problemdən tam şəkildə istifadə etmək üçün hackerlər ilk öncə bu və ya digər istifadəçinin iPhone cihazını əldə etməlidirlər. Buna görə də bunun baş vermədiyi halda sistem boşluğunun adi istifadəçi üçün təhlükəsi yoxdur.