Azərbaycan tərəfləri 300 milyard dollara razı sala bildi, böyük dövlətlər bu qərara riayət edəcəkmi? - AÇIQLAMA
Bakıda keçirilən Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasında (COP29) uzun danışıqlardan sonra əldə edilən razılığa görə, inkişaf etmiş ölkələr inkişaf etməkdə olan ölkələrə təxminən 10 il ərzində hər il 300 milyard dollar ödəyəcəklər. Bu vəsait kasıb ölkələrə iqlim dəyişiklikləri ilə mübarizə aparmaq üçün verilir.