Xarici diplomatlar bu gün Tərtər rayonun işğaldan azad edilmiş Talış kəndi və Suqovuşan qəsəbəsində olublar. Prezidentin Köməkçisi Hikmət Hacıyevin iştirakı ilə təşkil edilən səfərdə həmin ərazilərdə aparılan sürətli yenidənqurma işləri ilə bağlı diplomatik korpusun nümayəndələrinə ətraflı məlumat verilib. Qeyd edilib ki, yaxın müddətdə bu ərazilərə 500-ə yaxın ailə köçürüləcək.

Diplomatik korpusun nümayəndələri ilk olaraq Tərtərin Talış kəndində olublar. Onlara tarixi Alban məbədinin vəziyyəti ilə bağlı məlumat verilib.Diplomatlar kənddə aparılan bərpa işləri ilə yaxından tanış olublar.

Daha sonra diplomatlar Suqovuşan qəsəbəsinə gəliblər. Səfərdə iştirak edən prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev qonaqlara Suqovuşanın strateji əhəmiyyətindən danışıb. Bildirib ki, işğaldan azad edildikdən sonra heç suvarılmayan və ya az suvarılan 30 min hektara yaxın ərazinin suvarılması təmin olunub. Hikmət Hacıyevin sözlərinə görə, bu cür səfərlərin məqsədi həm ermənilərin törətdiyi genişmiqyaslı dağıntıları göstərmək, həm də xarici diplomatları sürətlə gedən yenidənqurma işləri ilə tanış etməkdir.

Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov bildirib ki, hazırda Talış kəndi və Suqovuşan qəsəbəsinin yenidən qurulması ilə bağlı layihələr üzərində iş gedir. Onun sözlərinə görə yaxın müddətdə bu ərazilərə 500-ə yaxın azərbaycanlı ailəsinin köçürüləcək.

Diplomatlar Qarabağda aparılan sürətli yenidənqurma işlərini yüksək qiymətləndiriblər və Azərbaycana dəstəklərini ifadə ediblər.

Tədbir zamanı belə səfərlərin mütəmadi təşkil ediləcəyi vurğulanıb.

Mingəçevirdə evin həyətində işləyən fəhlələr təəccüblü hadisə ilə qarşılaşıblar. Onlar qazıntı zamanı həyətdən insan skletləri tapıblar. Bu skeletlərin yüz il əvvələ aid olduğu güman edilir.

Həyətdə quyu qazılan zaman insan sümükləri tapılıb. Hadisə Mingəçevirdə qeydə alınıb.

Şəhər sakini Elçin Namazova məxsus həyətdə quyu qazan fəhlələr insan sümüklərinin qalıqlarını aşkarlıyıblar.

Ərazidə yaşayanlar deyirlər ki, insan skletinin aşkarlandığı ərazi qədim Mingəçevir kəndinin bir hissəsi olub. Buradan tapılan sümüklərin araşdırılması üçün aidiyyəti qurumlar məlumatlandırılıb.

Mingəçevir Şəhər Prokurorluğu faktla bağlı araşdırma aparır.

Zaqatalanın ən böyük kəndlərindən olan Yuxarı və Aşağı Talada sakinlər 1 aydan çoxdur ki, içməli su problemi ilə üz-üzədirlər. Sakinlər iddia edirlər ki, sentyabr ayında Talaçaya gələn sel su xətlərini sıradan çıxarıb və nəticədə sakinlər içməli su sarıdan əziyyət çəkirlər. Aiddəti qurumlar məsələdən xəbərdar olduqlarını deyirlər. Bəs görəsən 16 min əhalisi olan bu kəndlərin içməli su problemi nə zaman həll ediləcək ?

Bu kəndin sakinləri bir aydan çoxdur ki, içməli su üzünə həsrət qalıblar. Söhbət Zaqatala rayonunun Yuxarı Tala və Aşağı Tala kəndlərindən gedir. Sentyabr ayında rayondan keçən Talaçayda suyun səviyyəsinin artması və gələn sel, iki kəndin su xəttini sıradan çıxarıb.

Əlacsız qalan sakinlər günlərlə suyu uzaq məsafələrdən daşımağa, ya da almağa məcburdurlar. Ötən il 5 manata təklif edilən bir tonun suyun qiyməti indi 6-7 manat arasında dəyişir. Bu isə sakinlərə sərf etmir.

Sakinlər iddia edirlər ki, kəndlərdəki su xəttləri ötən əsrin 60-70-ci illərində istifadəyə verilib və istismar müddətini başa vurub. Yuxarı Tala kənd bələdiyyəsinin sədri Eldar Qanzayev problemdən xəbərdar olduqlarını bildirib.

Eldar Qanzayev əlavə edib ku, su sistemini yeniləmək üçün aidiyyəti qurumlar qarşısında məsələ qaldırılıb.

Masallıda yol polisinin keçirdiyi reydlərdə bir sıra qanunsuzluqlar aşkar olunub. Reydlər zamanı qanunsuz sərnişindaşıma ilə məşğul olanlar, eləcə də sürücülük vəsiqəsi olmadan avtomobil idarə edən şəxslər aşkar ediliblər. Bundan əlavə ictimai nəqliyyatda karantin qaydalarına əməl etməyən, maska taxmayanlar da polisin hədəfində olub

Qanunsuz sərnişin daşıyan kim, sürücülük vəsiqəsi olmadan avtomobil idarə edən kim...

Masallıda baş verə biləcək qəzaların qarşısının alınması və nəqliyyatın təhlükəsiz hərəkətinin təmini məqsədilə reyd keçirilib. Eləcə də, sərnişindaşıma ilə məşğul olan nəqliyyat vasitələrində karantin qaydalarına əməl edilib-edilməməsi yoxlanıb.

Reydlər zamanı sürücülük vəsiqəsi olmadan nəqliyyat vasitəsini idarə edən şəxs saxlanıb.

Bu şəxs isə müvafiq fərqlənmə nişanı və lisenziyası olmadan sərnişindaşıma ilə məşğul olub

Qaydaları pozan sürücülər barəsində müvafiq tədbir görülüb

İctimai nəqliyyatda tibbi maskadan istifadə etməyənlər də polisin hədəfində olub.

Vurğulanıb ki, rayondaxili marşrutlarda sıxlığın yaranmaması, sərnişinlər arasında sosial məsafənin qorunması və tibbi maskalardan istifadənin təmin olunması məqsədilə yoxlamalar bundan sonra da davam etdiriləcək.

Son günlər Qarabağda olan qanunsuz erməni silahlı dəstələrinin təxribatları onların aktivləşməsindən xəbər verir. Bu bir daha onu göstərir ki, düşmən revanşist meyllərindən əl çəkməyib. Siyasi şərhçi Murad Saddədinovun sözlərinə görə Azərbaycanın sülh çağırışlarına adekvat cavab verməyən Ermənistan bölgədə vəziyyətin gərginləşməsinə çalışır. Amma bu tendensiya rəsmi İrəvana fayda gətirməyəcək.

Son günlər Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazilərində qanunsuz erməni silahlı dəstələri tərəfindən bir neçə təxribat həyata keçirilib. Belə ki, oktyabrın 13-də Suqovuşandan Kəlbəcərə hərəkət edən mülki avtomobil karvanını atəşə tutuldu, oktybarın 14-də açılan snayper atəşi nəticəsində bir hərbi qulluqçumuz şəhid oldu, növbəti gün isə Ağdərə istiqamətində bölmələrimizə qarşı terror-təxribat cəhdi qeydə alındı.

Siyasi şərhçi Murad Sadəddinov hesab edir ki, 44 günlük vətən müharibəsinin nəticələrindən dərs çıxarmayan Ermənistanda hələ də revanşist qüvvələr var. Son günlər regionda sülh mesajlarının verilməsi onları narahat etdiyindən bu cür təxribatlara təkan verilir. Ermənistanın dəstəklədiyi qanunsuz erməni silahlı dəstələri tərəfindən törədilən son təxribatlar Ermənistanın 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanatla üzərinə götürdüyü öhdəliklərinin kobud pozulmasıdır və bölgədəki vəziyyətin gərginləşdirilməsinə xidmət edir.

Murad Sadəddinovun sözlərinə görə Azərbaycanın hər zaman öz ərazisində anti-terror əməliyyatı həyata keçirmək hüququ var. O hesab edir ki, bu təxribat xarakterli hücumlar təkrarlanarsa, dəmir yumruq bu dəfə onların başına daha bərk dəyə bilər

Ekspert əlavə edib ki, Ermənistan azsaylı qanunsuz silahlı birləşmələri dəstəkləməkdənsə Azərbaycanın yaratdığı yeni reallıqlarla barışmalı və sülh çağırışlarına adekvat cavab verməlidir.

Bir vaxtlar hər kəs toylara icazə verilsin deyirdi. Müvafiq icazədən sonra toy arzusunda olanlar ailə həyatı qurdular. İndi isə tam əksi müşahidə edilir. Şadlıq evlərində toy etmək istəyən şəxslərin sayı kəskin azalıb. Səbəb isə sadədir. Şadlıq evlərinin qiyməti və toy edən zaman yaranan digər zəruri xərclər xeyli artıb. İnsanlar 150 nəfərlik say məhdudiyyəti ilə keçirilən toylar ilə bu xərcləri qarşılaya bilmirlər. Restoran sahibləri deyirlər ki, menyu qiymətlərində müəyyən endirimlər tətbiq edilib

Şadlıq evlərində toy etmək istəyənlərin sayı kəskin azalıb. Restoran sahiblərinin sözlərinə görə adətən məhərrəmlik ayı bitəndən sonra toy sifarişlərinin sayı kəskin artırdı. Hətta elə günlər olurdu ki, obyektdə olan 3-4 zalın hər birində eyni gündə toy edilirdi. Ancaq bu il gözlənilənlərin tam əksi olub.

Şadlıq evlərindən birinin sahibi Mahir Zeynalov deyir ki, toy sifarişlərinin azalmasının bir sıra səbəbləri var. Əsas səbəb məclislərə maksimum 150 nəfərin iştirakı ilə icazə verilməsidir. Bu sayla şadlıq evində toy etmək və xərcləri qarşılamaq çox çətindir.

Restoran müdiri Fərid Adıgözəlov qeyd edib ki, tələb az olduğundan qiymətlərdə endirib edilib.Amma bu da öz nəticəsini verməyib.

Restoran sahibləri hesab edirlər ki, əgər operativ qərargah tərəfindən say məhdudiyyətinə yenidən baxılarsa və bu say artırılarsa sektorda yenidən canlanma ola bilər.

Türkiyə Super Liqasında 9-cu turun oyunları keçirilir.

"Beşiktaş" səfərdə "Başakşəhər"lə qarşılaşıb və 2:3 hesabı ilə uduzub.

"Başakşəhər"in yeni baş məşqçisi Əmrə Belözoğlu komandanı meydana çıxartdığı ilk matçda qələbəyə sevinib.

"Başakşəhər" - "Beşiktaş" - 3:2

Qollar: Stefano Okaka, 40, 83, Fredrik Qulbrandsen, 85 - Aleş Teyşera, 59, Mişi Batşuayi, 90+1 (pen.)

Fransız mütəxəssis Zinəddin Zidan "Nyukasl"dan təklifi alıb.

Bu barədə "Eurosport" məlumat yayıb.

Ancaq 49 yaşlı mütəxəssis "Yuventus" və PSJ-nin ardınca "Nyukasl"ın təklifi də rədd edib.

Mənbənin məlumatında görə, "Zizu" Fransa millisini çalışdırmağı planlaşdırır.

Xatırladaq ki, Zidan "Real Madrid"dən ayrılandan işsizdir./Fanat.Az

"Yük maşınlarına və avtobuslara taxoqraf quraşdırılmalıdır. Qanunda bu barədə yazılıb, onu gerçəkləşdirmək lazımdır".

Bunu açıqlamasında yol hərəkəti qaydaları üzrə ekspert Elməddin Muradlı deyib.

O, ilk növbədə Bakıda yük avtomobili ilə avtobusun toqquşmasından danışıb: “Bu qəza böyük bir faciədir. 5 nəfərin ölümü, onlarla insanın yaralanması ağır hadisədir. Hadisə yerindən videoya da baxdıq və məlum oldu ki, yük avtomobilinin sürücüsü avtobusun arxasınca hərəkət edir, xeyli ara məsafəsi var və avtobus dayanacağa daxil olmaq üçün sürəti azaltdıqda yük maşını ona arxadan çırpılır. Hadisəni törədən sürücü ilkin olaraq onu deyib ki, sükan arxasında yuxulayıb. Bəlkə də yuxulamayıb, yatmayıb, sadəcə olaraq yorğunluqdan, yuxusuzluqdan süstləşib və hadisəyə reaksiyası gecikib. Videodan da görürük ki, qəzadan yayınmaq üçün sola çəkir. Amma gec olur. Yəni fikri yolda olsaydı, vaxtında reaksiya versəydi bəlkə də hadisə baş verməzdi. Ona görə də, yük avtomobillərini və avtobusları idarə edən sürücülərin iş və istirahət rejiminə əməl etməsinin vacibliyi gündəmə gəlir. Belə hadisələr minik avtomobilini idarə edən sürücülər tərəfindən də törədilir. Lakin yük maşınları və avtobuslar belə qəzalarda daha ağır nəticələr verdiyi üçün onlara nəzarət mexanizmi daha vacibdir. Bu nəzarəti həyata keçirmək yalnız nəqliyyat vasitələrinə taxoqraf quraşdırılması ilə mümkündür”.

Ekspert bildirib ki, nəqliyyat vasitələrində taxoqraf olarsa, yol polisi yük maşınlarına ciddi nəzarət edəcək:

"Bəzən deyirlər ki, yol polisi hara baxırdı? Taxoqraf yoxdursa yol polisi hardan bilsin ki, sürücü normal dincəlib, yoxsa dayanmadan maşın sürür? Taxoqraf hər şeyi qeydə alır, sürücünün iş və istirahət rejiminə nəzarət etmək üçün önəmli texniki vasitədir. O qurğu maşında olduqda yol polisi saxlayıb taxoqrafa baxır və görür ki, sürücü dayanmadan işləyib, 4 saatdan artıq maşın sürüb. O zaman polis sürücünü maşını idarə etməkdən çəkindirib məcburi istirahətə göndərir".

E.Muradlının sözlərinə görə, sürücü ən azı 45 dəqiqə dincələndən sonra hərəkətə davam edə bilər:

"Qanun nə tələb edirsə o cür də davranmaq lazımdır. Yol polisi taxoqrafsız maşını saxlayıb sürücüyə nəsə irad bildirsə o saat gedib şikayət edəcək ki, yol polisi məni qanunsuz saxladı, mənim hüquqlarım pozuldu. İllərdir yol polisi bütün sürücülərə müraciət edir ki, yuxusuz, yorğun olduqda DYP postlarına yaxınlaşıb orada müvəqqəti dayansınlar, dincəlib sonra yola çıxsınlar. Lakin buna çox az adam riayət edir. Yuxusu gələn də dirənir ki, yox, heç nə olmaz, gedib çatacam, amma çata bilmir”./report

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

Azərbaycan mədəniyyətinin inkişafında xidmətlərinə görə aşağıdakı şəxslərə Azərbaycan Respublikasının fəxri adları verilsin:

“Xalq rəssamı”

Alimirzəyev Əlyar Alimirzə oğlu

Haqverdiyev Hüseyn Həsən oğlu

Rəcəbov Aydın Məmmədağa oğlu

“Əməkdar artist”

Abasquliyev Rza Həsənağa oğlu

Axundov Mahir Mikayıl oğlu

Barateliya Naala Raulyevna

Cəlilov Xəqani Nadir oğlu

Əliyev Fərid Aydın oğlu

Hacıyev Fuad Əhəd oğlu

Hüseynəliyev Elton Əşrəf oğlu

Hüseynova İlahə Həsən qızı

Xəlilova Səadət Namizəd qızı

Məmmədov Xəyyam Əhrar oğlu

Mikayılov Anar Şamil oğlu

Mirzə Kazım Həsən oğlu

Mirzəyeva Vəfa Rafiq qızı

Motorina Yuliya Alekseyevna

Mürsəlov Neymət Məzahir oğlu

Nisanov Xəyyam Aleksandroviç

Osmanov Elizbar Əbülfəz oğlu

Rza-Zadə Azər Zaur oğlu

Salmanov Nicat Fərhad oğlu

Seyidova Ceyla Uran qızı

Səfərəliyeva Məlahət Nəcəf qızı

“Əməkdar rəssam”

Babayev Fikrət Həsən oğlu

Cabarov Rəşad Emin oğlu

Əhməd Faiq Nazim oğlu

Ələkbərov Rəşad Böyükağa oğlu

Əliyev Vüqar Əli oğlu

Hacızadə Rövşən Kamal oğlu

Həsənov Şamil Məmməd oğlu

Hüseynov Pərviz İldrım oğlu

Mehtiyev Zakir Tahir oğlu

Məmmədov İsa Məmməd oğlu

Rüstəmov Aslan Mahmud oğlu

Şixəliyev Adil Həmdulla oğlu

“Əməkdar mədəniyyət işçisi”

Allahverdiyev İbad Məhəmməd oğlu

Eldarova Lalə Ömərovna

Əhmədzadə Natiq Nazim oğlu

Hacı-Mustafazadə Hüseyn Tofiq oğlu

Kazımov Bəhmən İsa oğlu

Qardaşbəyova Nazilə Adəm qızı

Paşayev İlqar Əli Abas oğlu.

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 16 oktyabr 2021-ci il

Futbol üzrə İngiltərə Liqa Kubokunda əvəzetmə sayı artırılıb.

"Sky Sports" xəbər verir ki, komandalara hər oyunda 5 futbolçu dəyişdirməyə icazə verilib.

Qərar oktyabrın sonunda qüvvəyə minəcək. Turnirdə mübarizəyə davam edən 16 klubdan 14-cü sıx qrafiklə bağlı narahat olduqlarını bildirib.

Qeyd edək ki, İngiltərə Liqa Kubokunda 1/8 final mərhələsi oktyabrın 26-da başlayacaq. /Report

Bakının Nərimanov rayonu ərazisində “Metro City” ticarət mərkəzində baş verən yanğın zamanı xəsarət alan və ya ölən yoxdur.

Bu barədə Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətinin rəhbəri Gülçin Mehdiyeva bildirib.

Onun sözlərinə görə, yanğının söndürülməsi zamanı yanğınsöndürənlər arasında da xəsarət alan olmayıb.

50 min ailəyə rüsumsuz çıxarış veriləcək.

XəzərXəbər xəbər verir ki, bunu Milli Məclisdə “Dövlət rüsumu haqqında” qanuna edilən dəyişikliyi təqdim edən İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili bildirib.

O, qeyd edib ki, 1996-cı ildə qəbul edilmiş “Torpaq islahatı haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, ölkəmizdə 2032 kolxoz və sovxoz ləğv edilib, 869 268 ailəyə torpaq payı verilib.

Parlamentarinin sözlərinə görə, bu islahat ölkəmizdə sahibkarlığın inkişafına böyük təkan verib:

“Keçən müddət ərzində bu sahədə aprılmış təhlillər verilmiş torpaq paylarının sənədləşməsi zamanı bir çox nöqsanlara yol verildiyini üzə çıxarıb:

- Torpaq islahatı zamanı hər bir vətəndaşa (ailəyə) torpaq payı verilsə də, təqribən 50 min ailənin həmin torpaq sahələri üzərində mülkiyyət hüquqlarını təsdiq edən sənədlər verilməyib. Halbuki, torpağa mülkiyyət hüququna dair sənədlər 10 gün müddətində Dövlət Torpaq Komitəsində qeydiyyatdan keçirildikdən sonra təqdim edilməli idi.

- Bütün torpaq istifadəçilərinə verilmiş köhnə dövlət aktları, şəhadətnamələrin yeni təsdiq olunmuş nümunələrlə əvəz edilməsinə dair müvafiq tapşırıq olsa da, bir çox torpaq sənədləri çıxarışla əvəz edilməyib.

- Bəzi hallarda torpaq üzərində hüquqları təsdiq edən sənədlərin verilməsində qanunvericiliyin tələblərindən kənarlaşma olub. Bəzi reyestrdən çıxarışlar torpağın plan və ölçü sənədi olmadan verilib, həmin sənədlərdə torpaq sahələrinin məqsədli təyinatı ya yazılmayıb, ya da qanunvericiliyin tələblərinə uyğun müəyyən edilməyib. Belə əkin sahələrinin istifadəçiləri isə səhv rəsmiləşməyə görə subsidiya ala bilmirlər.

- Bəzi mülkiyyətçilərin istifadəsində olan torpaq sahələrinin faktiki və sənəddə göstərilən koordinatları arasında fərqlər mövcuddur. Həmin torpaq sahələrinin əsas hissəsinin faktiki koordinatları onların sənədlərindəki məlumatlara uyğun deyil.

- Torpaq sahələrinin nömrələnməsinin unikallığı tam təmin edilməyib. Torpaq islahatı zamanı islahat təsərrüfatlar üzrə aparıldığından eyni kənddə birdən çox təsərrüfat olduğu halda eyni koda malik torpaq sənədləri verilib.

Bütün bu problemlər isə ailələrin çıxarış olmadığına və ya düzgün olmadığına görə aqrar subsidiyalara çıxışını məhdudlaşdırır, dövlətin inzibati resurslarını aşındırır, iqtisadi siyasətdə düzgün tənzimləmə üçün problemlər yaradır.

Mövcud problemlərin aradan qaldırılması üçün cənab Prezident 7 oktyabr 2021-ci il tarixdə Aqrar sahədə dövlət dəstəyi tədbirlərinin davamı olaraq pay torpaqları üzərində mülkiyyət hüquqlarının rəsmiləşdirilməsi işlərinin başa çatdırılması, habelə istehsal təyinatlı torpaq mülkiyyətçilərinin əkin subsidiyalarından müntəzəm olaraq yararlanması məqsədilə fərman imzalayıb.

Fərmana əsasən ləğv edilmiş sovxoz və kolxozların özəlləşdirilən torpaqlarından pay almış, lakin bu torpaqlar üzərində mülkiyyət hüququ rəsmiləşdirilməmiş şəxslərin hüquqlarının onların müraciəti əsasında dövlət büdcəsinin vəsaiti hesabına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasını tapşırılmışdır. Qeyd edim ki, hazırda mülkiyyət hüquqlaırnın rəsmiləşdirilməsi rüsumları hər bir ailə üçün 80 manat təşkil edir.

Bu xidmətlərə görə xərclərin-rüsumların maliyyələşdirilməsi üçün 3.500.000,0 (üç milyon beş yüz min) manat məbləğində vəsaitin 2022 – 2024-cü illər üzrə dövlət büdcəsinin layihəsində nəzərdə tutulması da fərmanda öz əksini tapmışdır.

Beləliklə, təqdim edilən qanun layihəsi və imzalanan fərman 50 minə yaxın ailəyə verilmiş torpaq paylarının sənədləşməsini, sənədləşmə üçün lazım olan dövlət rüsumlarının vətəndaşın deyil, dövlət büdcəsindən ödənməsini, əmlakın qeydiyyatı və doğru olmayan məlumatların korrektə olunmasını özündə ehtiva edir.

Hesab edirik ki, bu qanunvericilik təşəbbüsü cənab Prezident tərəfindən vətəndaşlara sosial qayğının növbəti bariz nümunəsidir”./Redaktor.az

Salyan rayonunun Noxudlu kəndi ərazisində yol-nəqliyyat hadisəsi baş verib.

XəzərXəbər xəbər verir ki, kənd ərazisində minik avtomobili qəbristanlığının 44 yaşlı baxıcısısı Raqib Orucovun idarə etdiyi veliosipedi vurub. Ağır xəsarət alan R.Orucov vəfat edib.

Faktla bağlı araşdırma aparılır.

Türkiyədə Məhmət adlı şəxs ustadan çıxandan sonra cibində 15 min türk lirəsini yerə salıb.

Bundan xəbərsiz olan türkiyəli yoluna davam edib. Bir neçə saniyə sonra ərazidən keçən qadın isə pulu taparaq cibinə qoyub. O əvvəlcə özünü elə aparıb ki, guya pulu qaytarmaq niyyətindədir. Qadın əvvəlcə qarşısında pul tapdığı dükana daxil olmaq istəyib.

Lakin sonra ərazidən uzaqlaşıb. Görüntülərdə hadisənin üstü açılsa da, qadın hələki üzə çıxmayıb.

Məhmət polisə şikayət edib./Metbuat.az

Bakıda və Abşeron yarımadasında oktyabrın 18-dən 21-i gündüzədək fasilələrlə yağış yağacağı gözlənilir.

XəzərXəbər xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidmətinin yaydığı xəbərdarlıqda bildirilib.

Məlumata görə, oktyabrın 20-də gündüz şimal-qərb küləyi 15-18 m/s, arabir 20-23 m/s-dək güclənəcək.

Havanın temperaturu oktyabrın 20-21-də ötən günlərlə müqayisədə tədricən 3-6 dərəcə ağaşı enəcək.

Azərbaycanın rayonlarında oktyabrın 18-dən 21-i gündüzədək hava şəraitinin qeyri-sabit keçəcəyi, bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı, ayrı-ayrı yerlərdə leysan xarakterli intensiv olacağı gözlənilir. Dağlıq ərazilərdə qar yağacağı ehtimalı var.

Qərb küləyi bəzi yerlərdə arabir 20-25 m/s-dək güclənəcək. Çaylarda sululuğun artacağı, bəzi dağ çaylarından qısamüddətli sel keçəcəyi istisna olunmur. Havanın temperaturu ötən günlərlə müqayisədə tədricən 4-7 dərəcə ağaşı enəcək.

Prezident İlham Əliyev Vergi Məsəlləsində və "Gömrük tarifi haqqında" qanunda dəyişiklik edilməsi haqqında qanunları təsdiqləyib.

XəzərXəbər xəbər verir ki, dəyişikliklərə əsasən, sənaye parklarının rezidentləri daha 5 il - 1 may 2026-cı ilə qədər vergi və gömrük rüsumu ödəməkdən azad edilib.

Xatırladaq ki, sözügedən möhlət 1 may 2016-cı ildə 5 il müddətinə müəyyən edilmişdi və bu il başa çatırdı.

Madrid "Real"ı sıralarını iki ulduz futbolçuyla gücləndirməyə hazırlaşır.

"Mirror" qəzeti xəbər verir ki, "kral klubu" çoxdandır həsrətində olduğu Kilian Mbappeyə qovuşmaq üzrədir. La Liqa nəhəngi PSJ ilə yeni müqavilə imzalamaqdan imtina edən fransalı hücumçuyla gələn il sözləşmə imzalayacağına əmindir.

O cümlədən, daha bir fransalı, "Mançester Yunayted"in 28 yaşlı yarımmüdafiəçisi Pol Poqba da "Real"ın əsas hədəfidir. Onunla da 2022-ci ildə müqavilə imzalanacağı gözlənilir./Offsideplus.az

DÇ-2022-nin seçmə mərhələsinin Cənubi Amerika zonasında 12-ci turun oyunları keçirilib.

Argentina millisi öz meydanında Perunu qəbul edib. Matç Lionel Skaloninin yetirmələrinin minimal hesablı qələbəsi ilə başa çatıb.

11 oyun keçirən Argentina 25 xalla turnir cədvəlinin 2-ci pilləsindədi. 12 oyuna 11 xal toplayan Peru isə 9-cu yerdədi.

Argentina - Peru 1:0

Qol: Lautaro Martines, 43

Bildiyimiz kimi, kommunaldan limitlə istifadə olunur. Artıq havalar soyumağa başlayıb və qışa çox az vaxt qalıb. İnsanlar isə qış gəlmədən artıq qazın limitinin bitməsindən haqlı olaraq narazıdırlar.

XəzərXəbər xəbər verir ki, məsələ ilə bağlı Sonxeber.az-a deputat Vahid Əhmədov açıqlama verib.

O bildirib ki, bu məsələ mütləq müzakirə obyektinə çevrilməlidir:

"Bununla bağlı hazırda bir söz demək çox çətindir. Çünki bu məsələ müzakirə olunmayıb, mən də bu məsələ ilə bağlı fikir bildirməmişəm. Ola bilər ki, müəyyən qurumlarla danışmağa ehtiyac var. Mən bu fikirlə razıyam. Çünki artıq qarşıdan qış gəlir və o limit kifayət qədər çox deyil. İnsanların büdcəsi üçün bu, çox ziyandır. Əlbəttə ki, ehtiyac varsa, o limitə baxılmalıdır. Amma nəzərinizə çatdırım ki, biz 2022-ci ilin dövlət büdcəsini müzakirə edəcəyik. Orada sosial paket çox güclüdür. Lakin o paketdə nəyin olub-olmamasından xəbərdar deyiləm. Çox güman ki. müzakirələrdə bu məsələlərə biz toxunacağıq.

Ümümiyyətlə, limitin aşağı olduğu barədə fikirlərlə razıyam. Çünki qış aylarında əksər evlərdə kifayət qədər kombi istifadə olunduğu üçün o limit çox azdır. Kombilər kifayət qədər enerji sərf etdiyinə görə verilən limitin öhdəsindən heç bir ailə gələ bilməz".

Ürək xəstələrinin 51% elə düşünür ki, əgər onda yüngül və orda ürək-damar problem varsa, ona kovid peyvəndi qəti qadağandır. Çox insan peyvəndin təsirinə dözməyəcəyini güman edir.

Lakin həkimlər ürək xəstələrinin də peyvənd vurdurmalı olduğunu açıqlayır.

Rusiyanın elmi tədqiqat kardiologiya institutunun direktoru Sergey Boyçov ürək xəstələrinin hansı halda vaksin olunmamasına aydınlıq gətirib.
"Koronavirusdan ağırlaşma və ölüm ürək-damar xəstəliyi olanlarda daha çox olur, nəinki bu problemi olmayanlar. Ona görə bu qrup xəstələr birinci növbədə vaksin olunmalıdır.

Hətta ürək xəstəsi koviddən sağalsa da, sonrakı ərəfədə də mümkündür. Buna səbəb mikrotrombozların yaranmasıdır. Damarların aterosklerozu virus infeksiyasından sonra daha da kəskinləşir. İstənilən halda tromb yaranıb, sonradan qopa bilər.

Ürək xəstəliyi və ürək çatışmazlığı vaksinə əks göstəriş deyil. Əgər xəstə kəskin dekompensasiya mərhələsindədirsə, yəni xəstəlik kəskinləşib və o, xəstəxanada müalicə alır və ya əməliyyata alınacaq, bu zaman kovid peyvəndi təxirə salınır.

Xəstə evdə müalicə alırsa, sadəcə dərmanlarını qəbul edirsə, sağalıbsa, o zaman peyvəndə getmək vacibdir”./Medicina.az